Главная > Mövqe > İnternetdən istifadə insanların baza hüququ kimi tanınıb

İnternetdən istifadə insanların baza hüququ kimi tanınıb


6-07-2016, 20:51.

internet2

BMT İnsan Haqları Şurasında vətəndaşlarının internetə çıxışını əngəlləyən ölkələri pisləyən qətnamə qəbul edilib. Bu qətnaməyə əsasən, insanların şəbəkədə bütün, o cümlədən ifadə hüququ qorunmalıdır.

Qətnamə məcburi deyil, tövsiyyə xarakteri daşıyır. Ancaq o hökumətlərə təzyiq üçün istifadə edilə bilər və bütün dünyada rəqəmsal hüquqların müdafiəçilərinin fəaliyyətinə daha böyük güc verəcək.

Son aylarda bir neçə dövlətin rəhbərliyi vətəndaşlarının internet və telefon rabitəsinə çıxışını məhdudlaşdırıb. Xüsusilə terror hücumları zamanı. Həmçinin etiraz aksiyaları zamanı siyasi məqsədlə əngəllər yaradılıb. Baxmayaraq ki, bəzən bu xoş niyyətlə edilir, Qərb cəmiyyəti internet hüququnun qorunmasını vacib sayır.

Qətnamə səs çoxluğu ilə qəbul edilib. Əleyhinə yalnız Çin, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Hindistan və Rusiya səs verib. Maraqlıdır ki, məlumatı yayan The Verge portalı Cənubi Afrikanı demokratik, Rusiyanı isə avtoritar rejimin mövcud olduğu ölkələr sırasına aid edib.//azadliq.info



Вернуться назад