Главная > Kriminal > Gürcüstanda məhbus məhkəmə zalından qaçıb

Gürcüstanda məhbus məhkəmə zalından qaçıb


31-08-2016, 22:10.
Gürcüstanda məhbus məhkəmə zalından qaçıb
 
Gürcüstanın Rustavi şəhərində məhbus məhkəmə zalının gözləmə otağından qaçıb.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, əlində plastilindən düzəldilmiş saxta "qumbara” tutan məhbus məhkəmə binasına çağırılan təcili yardım briqadasını və onu gətirən konvoyu qorxudaraq özünü pəncərədən ataraq qaçıb. Dəqiqləşdirilməmiş  məlumata görə, onu məhkəmə ərazisində naməlum avtomobil gözləyirmiş. Hazırda qaçan məhbusun axtarışı davam edir.
 
Hadisə ilə bağlı Gürcüstanın cəzaçəkmə və probasiya nazirliyi bəyanat yayımlayıb. Bəyanatda bildirilir ki, O.Q. adlı məhbus ittiham olunmaq üçün Rustavi Şəhər Məhkəməsinə aparılıb və məhkəmə prosesinədək məhbusun halı pisləşdiyindən təcili yardım briqadası çağırılıb. Tibb briqadası gəldikdən sonra məhbus qaçmağı bacarıb.
 
Məhbusun kimliyi və hansı maddə üzrə ittiham olunması barədə məlumat verilmir. 


Вернуться назад