Главная > Dünya > Türkiyə Acarıstanı işğal edəcək - İDDİA

Türkiyə Acarıstanı işğal edəcək - İDDİA


28-09-2016, 22:23.

Gürcüstanın Vətənpərlər Birliyi Partiyasının Rustavi-2 telekanalında yayımlanan təşviqat kampaniyasında Türkiyənin Acarıstan Muxtar Respublikasını işğal edəcəyi iddia edilib.

 

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant” qəzeti məlumat yayıb.

 

Gürcüstan Mərkəzi Seçki Komissiyası şikayətlər əsasında sözügedən təşviqat çarxını yayımdan çıxarması üçün araşdırmalara başlayıb.

 

Məsələ ilə bağlı Rustavi-2 direktoru Nika Qvaramiyanın Türkiyədə və Gürcüstanda yaşayan türklərdən üzr istədiyi bildirilib.


Вернуться назад