Главная > Maraqlı > Ev telefonu çəkdirmək istəyənlər üçün yenilik

Ev telefonu çəkdirmək istəyənlər üçün yenilik


8-12-2015, 20:38.

Ev telefonu çəkdirmək istəyənlər üçün yenilik

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xidməti telefon xətti çəkdirmək istəyən vətəndaşlar üçün yenilik edib.

Ölkə.Az nazirliyin məlumatına əsasən bildirir ki, indiyədək "Elektron hökumət” portalı (e-gov.az) üzərindən "Yeni telefon çəkilişi” xidmətindən 7294 dəfə istifadə olunub.

Bu xidmət hazırda Bakı şəhəri (BTRİB-in əhatə dairəsi) üçün aktivdir. Məlumatda bildirilib ki, vətəndaşlar "Elektron hökumət” portalında onlayn müraciət formasını doldurmaqla və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni ekrandan seçə bilərlər. Sifariş qəbul olunduqdan sonra 2-3 gün ərzində mənzilə telefon çəkilir. Telefon çəkilişi tarifi 30 manatdır. Nömrə seçildiyi təqdirdə əlavə haqq ödəmək lazım gəlir. Xatırladaq ki, "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində dekabrın 20-dək mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1 ədədi, təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədi ödənişsiz sənədləşdirilir.


Вернуться назад