Главная > Dünya > ABŞ-da gecə klubunda baş vermiş yanğında ölənlərin sayı 24-ə çatıb

ABŞ-da gecə klubunda baş vermiş yanğında ölənlərin sayı 24-ə çatıb


4-12-2016, 22:08.

ABŞ-da Kaliforniya ştatının Olklend şəhərində ötən gün baş vermiş yanğında ölənlərin sayı 24-ə çatıb.

 

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Qeyd edək ki, dekabrın 3-də ABŞ-ın Oklend şəhərində fəaliyyət göstərən gecə klubunda yanğın baş verib. Məlumata görə, hadisə şənlik keçirilən zaman qeydə alınıb.

 

İlkin məlumatda yanğın zamanı 9 nəfərin öldüyü, 25 nəfərin itkin düşdüyü bildirilirdi. Oklend şəhərinin meri yanğında ölənlərin sayının 40 nəfərə çata biləcəyini bildirmişdi.

 


Вернуться назад