İnsan yaranan bir gündən,
onun sevgisidə yaranır.
Necə ki, uşaq dünyaya gəlməmiş, ana məhəbbəti doğulur, elə də dünaya gələn uşaq
özünü dərk edəndə sevməyə başlayır. O sevgi onu həyatda az da olsa, müdrik
insan kimi, ilk addımlarını atmağa hazırlayır. Uşaq çağlarında insanı hamı
başını tumarlayır, zaman keçdikcə o uşaq böyüyür, onu tumarlayan azalır, bu o
deməkdir ki, uşaq vaxtı hər bir insan sevilməyinə baxmayaraq, o uşaq böyüdükcə
o sevgilər dayanır: -O sevgilər dayananda, o insan özü sevməyə başlayır. İlk
sevgilər bir qədər dəli kimi olsada, insan o sevdiyi insandan ayrılıb, yenidən
başqasını sevməyə başlayanda artıq bu sevgi yox, bu zülüm olur o, şəxsə. Mən
yazıçı kimi həyatda sevdiyim insanlar olub, indi də var, lakin ayrıldığım
insanlarda az deyil, düşünəndə ayrılığın acılarını, görürəm ki, bu ayrılıq
ölümdən çətindir. Ölüm yox deməkdir, ayrılıq gözü yolda qalmaq. Yazıçılara,
şairlərə, digər tanınmış şəxslərə sual verəndə ki, "Ötən günlərini,
qaytarsaydılar, gələn günlərini qurban verərdin” çoxusu bu suala hə cavabı
verir. Bir gənc yazıçı kimi , mən yox söyləyirəm, çünki, ötən günlərim çox
acılı günlər olub. Həyat davam etdikcə, dünya qocaldıqca, insanda qocalır, adətən
hər insan gənc çağlarından çox, qocalığı çox yaşayır, yaşımızın üstünə yaş gəldikcə,
xüsusiyyətimiz, üz qurluşumuz dəyişir. Mən həyatda çox insanları müqayisə etmişəm.
Adətən yazıçıları, yazıçı edən, gözəl qadınlar, və onların ayrılıqları yazıçı
edir. Yazıçılar, dünyanın ən ərköyün, ən çox da, döyülən övladlarıdır.
Yazıçıların ömrünü vərəqləyəndə çoxunun, həyat yoldaşı vaxtından tez dünyasını
dəyişməsi və o, yazıçının da, əvvəlki əsərlərindən çox, həyat yoldaşı dünyasını
dəyişəndən sonra yazdığı yazılarının kədərli, və yazdığı əsərlərin hər biri,
üsyan edən əsərlər olur. Gənc yazıçı kimi, hərdən düşünürəm, görəsən sevdiyim
xanımı itirsəm, ya neçə illərdən sonra onunla üz-üzə gəlsəm, onu qocalmış görsəm,
ona münasibətim necə olar, bu suallar içində fikirə dalıram! Çox qorxuram çox…
Mənim həyatda ən çox qorxduğum sevgilimi qocalmış görməyimdir, buna dözə bilmərəm.
İlahi mənə mələklərinlə, bir tabut, birdə ki, yas şamı göndər..
Azər
Allahverdiyev
Uluyol.info
Вернуться назад
|