Главная > GÜNDƏM > BMT baş katibi Trampın miqrasiya fərmanlarına qarşı çıxıb

BMT baş katibi Trampın miqrasiya fərmanlarına qarşı çıxıb


1-02-2017, 23:11.

BMT baş katibi Antoniu Quterreş ABŞ prezidenti Donald Trampın miqrasiya fərmanlarını tənqid edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o, ABŞ-da tətbiq edilən son məhdudiyyətlərin terrorçulardan müdafiə üçün kifayət etmədiyini vurğulayıb.

 

"Fərmanlar dini diskriminasiya xarakteri daşıyır, müasir cəmiyyətin prinsipləri və dəyərlərinə ziddir. Bu fərmanlar ləğv edilməlidir. Nə qədər tez, o qədər yaxşı”, deyə Antoniu Quterreş bildirib.

 

Qeyd edək ki, D. Tramp ötən həftə İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

 


Вернуться назад