Главная > Region > Ağstafanın mərkəzi bazarında yanğın

Ağstafanın mərkəzi bazarında yanğın


6-02-2017, 20:27.

Ağstafa rayonunda yanğın hadisəsi baş verib.

 

APA-nın xəbərinə görə, hadisə Ağstafa mərkəzi bazarında qeydə alınıb.

 

Saat 15:20 radələrində başlayan yanğının söndürülməsinə Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

Yanğın nəticəsində bazarın 150 kvadratmetr sahəsi yararsız hala düşüb, 3 mağazaya ziyan dəyib.

 

Alovun digər mağazalara keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад