Главная > Siyasət > Ərdoğan və Tramp arasında telefon danışığı olacaq

Ərdoğan və Tramp arasında telefon danışığı olacaq


7-02-2017, 18:00.

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.

 

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evdən bildirilib.

 

Telefon danışığı fevralın 8-nə keçən gecə, Türkiyə vaxtı ilə saat 00:05-də başlayacaq. Əsas müzakirə mövzularının ikitərəfli əlaqələr və Suriya məsələsi olacağı gözlənilir.


Вернуться назад