Главная > Maraqlı > “Facebook”un mobil versiyası üçün mühüm yeniliklər - VİDEO

“Facebook”un mobil versiyası üçün mühüm yeniliklər - VİDEO


15-02-2017, 20:53.

"Facebook” rəhbərliyi sosial şəbəkənin mobil versiyasında videoların izlənməsi ilə bağlı yeniliklər edəcəyini açıqlayıb.

 

Bu barədə şirkət öz bloqunda məlumat verib.

 

Əsas yenilik odur ki, "Facebook”un mobil versiyasında videolar artıq avtomatik olaraq səsli açılacaq. Hazırda isə videoları səsli izləmək üçün üzərinə basmaq lazım gəlir. Bu yenilik test zamanı müsbət qarşılanıb. İstifadəçi istədiyi an səsi dayandıra bilər. Smartfon səssiz rejimdədirsə, videolar da səssiz olacaq.

 

Bundan başqa, iOS və Android bazasında çalışan cihazlarda istifadəçi lentində şaquli videolar ekranın böyük hissəsini, üzərinə basdıqda isə bütün ekranı tutacaq.

 

Daha bir yenilik ondan ibarətdir ki, istifadəçilər videoları kiçik pəncərə şəklində ekranın küncünə qoya biləcək. Bu, həm videonu izləməyə, həm də paralel olaraq xəbər lentinə baxışı davam etdirməyə imkan verəcək.

 

"Facebook” yaxın vaxtlarda "Apple TV”, "Amazon Firre TV” və "Samsung Smart TV” üçün də öz versiyasını hazırlayacaq. Bunun nəticəsində "Facebook” videolarını böyük TV ekranında izləmək olacaq.(lent.az)


 


Вернуться назад