Главная > Maraqlı > “Facebook”da mühüm sistem istifadəyə verildi

“Facebook”da mühüm sistem istifadəyə verildi


25-02-2017, 16:11.

"Facebook” korporasiyası Böyük Britaniyanın "TransferWise” şirkəti ilə birlikdə pulköçürmə funksiyasını beynəlxalq formatda istifadəyə verib.

 

Uluyol.info azərtac-a istinadən xəbər verir ki, hazırda yeni funksiyadan yalnız Avstraliya, ABŞ, Kanada və Böyük Britaniyada, eləcə də bir sıra Avropa ölkələrində yararlanmaq olar. Lakin yaxın gələcəkdə dünyanın istənilən nöqtəsindən pul göndərmək və qəbul etmək mümkün olacaq.

 

Funksiya pulköçürmələr üzrə standart əməliyyatlarla yanaşı, məlumatlandırma baxımından da faydalıdır. Belə ki, yeni servis birja bazarlarındakı vəziyyət barədə rahat və vaxtında xəbərdar edəcək.

 


Вернуться назад