Главная > Hadisə > Füzulinin 1-ci Qayıdış qəsəbəsində yanğın baş verib

Füzulinin 1-ci Qayıdış qəsəbəsində yanğın baş verib


3-03-2017, 03:46.

Füzulidə yanğın hadisəsi qeydə alınıb.

APA-nin FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun 1-ci Qayıdış qəsəbəsində (növbə çəkən avtomobildən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 m2 olan köməkçi tikilidə baş verib. Nəticədə tikilinin qamışdan ibarət dam örtüyü yanıb.

Yanğından tikilinin qalan hissəsi və bitişik tikililər mühafizə olunub.

 


Вернуться назад