Главная > Siyasət > Merkeldən Trampın qızına: "Niyə burdasan?" - Foto

Merkeldən Trampın qızına: "Niyə burdasan?" - Foto


19-03-2017, 00:07.

Almaniya kansleri Angela Merkelin ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampa baxışları sosial mediada gündəmi zəbt edib.

Uluyol.info axar.az-a istinadən xəbər verir ki, Ağ Evdə iş adamlarının iştirakı ilə keçirilən görüşdə Merkellə yanaşı,İ. Tramp da iştirak edib.

İclasın gedişatında Merkelin İ. Trampa baxışları media tərəfindən "Merkel: Niyə burdasan?" kimi dəyərləndirilib.

Qeyd edək ki, ötən ay keçirilən iclasda da Trampın qızının Kanada Baş naziri Castin Trudoya baxışları xeyli diqqətə səbəb olmuşdu.


Uluyol.info

Вернуться назад