Главная > Aktual > İranda prezidentliyə iddiaçıların sayı 644-ə çatıb

İranda prezidentliyə iddiaçıların sayı 644-ə çatıb


13-04-2017, 23:08.

İranda prezident olmaq istəyənlərin sayı 644 nəfərə çatıb.

İran İslam Respublikası Seçki Komissiyasının katibi Əli Purəli Motləq seçkilərə namizədliklə bağlı 644 nəfərin qeydiyyatdan keçdiyini bildirib. Onlardan 21-i qadındır.

İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması prosesi aprelin 11-dən başlanıb və 15-də başa çatacaq.

Seçkilər mayın 19-da keçiriləcək.

 


Вернуться назад