Главная > Maraqlı > “Facebook” -dan çılğın layihə: insanın fikrini oxuya biləcək və dəri ilə eşidilə biləcək texnologiyanın ixtirası

“Facebook” -dan çılğın layihə: insanın fikrini oxuya biləcək və dəri ilə eşidilə biləcək texnologiyanın ixtirası


20-04-2017, 14:53.

"Facebook” bildirir ki, hazırda elə bir texnologiya üzərində çalışır ki, insanlar əllərə və nitqə ehtiyac olmadan sadəcə beyinləri ilə yaza biləcək və dəriləri ilə eşidə biləcəklər. Bildirilir ki, "səssiz danışıq” proqramı sayəsində dəqiqədə 100 söz yazmaq mümkün olacaq. Layihənin ilkin mərhəsləsində o tələb olunur ki, beyinə hər hansı cərrahi müdaxilə olmadan yeni texnologiya beyin dalğalarını tuta bilsin.

"Biz sizin fikirlərinizi təsadüfən deşifrə etməkdən bəhs etmirik” – layihənin rəhbəri Recina Duqan bildirib. Layihəyə görə, əllərə və nitqə ehtiyac olmadan insan öz fikirlərini kompüterdə birbaşa yaza biləcək.


"Sizin çoxlu fikirləriniz var və siz onlardan sadəcə seçdiklərinizi paylaşırsınız”, -Mark Zukerberq deyib.


Reci Dugan Facebook şirkəti tərəfindən "Buildinq 8” layihəsinə rəhbərlik etmək üçün dəvət edilib. Şirkət bildirir ki, bu ideyanın gerçəkləşdirilməsi üçün 60-dan çox alim üzərində çalışır.


Mark Zukerberq bildirir ki, bu texnologiyanın nəticəsində insanlar indikindən beş dəfə daha tez fikirlərini yaza biləcəklər.


Layihə nəinki beyinlə idarə olunan, eyni zamanda dəri vasitəsilə insanların eşidə biləcəyini hədəfləyir. Yəni insanla dəri vasitəsilə də kommunikasiya yarada biləcəklər. Şirkət bildirir ki, bu texlonologiya sayəsində insanlar tək qulaqla deyil, eyni zamanda dəriləri ilə də eşidə biləcəklər. Bu layihə korların əlifbası ilə müqayisə edilir.


Bu texnologiya vasitəsilə beyinə hər hansı bir çip yerləşdirmədən beyin kompüteri idarə edəcək və fikirlərini yaza biləcək. Layihə gerçəkləşdirilərsə texnologyanı hazırki durumundan üst səviyyəyə götürəcək kəşf olacaq.

 


Вернуться назад