Fransa prezidenti Emmanгel
Makron ölkənin yeni baş nazirinin adını açıqlayıb.
APA-nın Avropa bürosunun xəbərinə görə, mayın 14-dən vəzifəsinin icrasına
başlamış E. Makron baş nazir vəzifəsinə Eduard Filipi təyin edib. Prezidentin
bu qərarını Yelisey sarayının baş katibi Aleksi Koler açıqlayıb.
Respublikaçılar Partiyasının üzvü olmuş Eduard Filip, eyni zamanda Fransa
parlamentinin üzvü və Qavr şəhərinin meri vəzifəsində çalışıb. O,
Respublikaçılar Partiyası daxilində keçirilmiş ilkin seçkilərdə Alen Jüpenin
namizədliyini dəstəkləyib. Fransua Fiyon ilkin seçkidə qalib gəldikdən sonra
Eduard Filip onun prezidentliyə namizədliyini dəstəkləməyərək, seçki
kampaniyasını tərk edib və iyun ayında keçiriləcək parlament seçkilərində
iştirak etməyəcəyini açıqlayıb. E. Filip E. Makronun yaratdığı "İrəli” hərəkatına
simpatiyasını gizlətmirdi.
E. Filip 46 yaşındadır.
Вернуться назад
|