Главная > Siyasət > Fransa hökuməti istefaya getdi

Fransa hökuməti istefaya getdi


19-06-2017, 23:58.

Fransa hökuməti ötən gün keçirilmiş parlament seçkilərinin yekunlarına görə istefaya gedib.

Axar.az xəbər verir ki, bu barədə Yelisey Sarayının yaydığı açıqlamada bildirilir.

"Prezident Emmanuel Makron hökumətin istefasını qəbul edib”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, dünən Fransada keçirilən parlament seçkilərinin ikinci turunda ölkə başçısı Emmanuel Makronun "İrəli, Respublika!” hərəkatı qalib gəlib.

 


Вернуться назад