Главная > İdman > "Milan" "Borussiya" ilə danışıqlara başladı

"Milan" "Borussiya" ilə danışıqlara başladı


9-07-2017, 09:18.

"Milan" Pyer Emerik-Obameyanqın transferi üçün "Borussiya" ilə danışıqlara başlayıb.

Qol.az-ın "Sky Sport İtalia"ya istinadən yaydığı xəbərə görə, tərəflər arasında razılığın əldə olunmaq üzrə olduğu bildirilib.

Bundan başqa, Dortmund klubundan ayrılmağa müsbət baxan qabonlu hücumçu A seriyası təmsilçisindən ilinə 12 milyon avro maaş verməyi istəyib. Ancaq "Milan"ın ona 8 milyon avro təklif etdiyi vurğulanıb.

Qeyd edək ki, Obameyanqın təzminat qiymətinin 70 milyon avro olduğu bildirilir.

 


Вернуться назад