Главная > Səhiyyə > İnfarktı əvvəlcədən belə təyin edin – Diqqət
İnfarktı əvvəlcədən belə təyin edin – Diqqət13-07-2017, 00:51. |
Miokard infarktı dünyada ən başda gələn ölüm səbəblərindəndir. Miokard ürəyin zədələnmiş hissəsidir. Ürək insanlarda normal vəziyyətdə dəqiqədə 60-80 dəfə bütün bədənə qan ötürən güçlü bir nasosdur. Bu orqan bədənin qan ehtiyacını qarşılayan zaman özünün də qidalanması üçün qan istifadəsi lazımdır. Ürəyin özünü qidalandıran damarlarda (koroner arter) koroner çatışmazlığı meydana gəlir. Koroner çatışmazlıq vəziyətləri koroner damarlardakı darlıqların tipinə, dərəcəsinə və yerinə görə dəyişir. Bəziləri ürək tutmasına çevrilə bilər. Ümumilikdə fiziki fəaliyyətlər sırasında meydana gələn və dincəlməklə keçən sinə ağrıları (anjina) ilk xəbərdarlıqlardır. Miokard infarktı olmasından şübhələnmək üçün ilk əlamət - döş sümüyü arxasındakı (döş qəfəsinin orta hissəsində) kəskin ağrının baş verməsidir. Miokard infarktı zamanı baş verən ağrı çox güclü olub, bəzən
xəncər yarası kimi, bəzən didici, bəzən yandırıcı şəkildə hiss edilir. Bəzən bu
ağrı hissiyyatı o qədər dözülməz olur ki, xəstə qışqırmağa məcbur olur. Ancaq bəzi hallarda insan heç bir əlamət hiss etmədən də miokard infarktı keçirə bilər. Bu, miokard infarktınının ağrısız forması kimi adlandırılır və əksər hallarda uzun müddət ərzində şəkərli diabetlə xəstə olan adamlarda müşahidə edilir. Əksər hallarda isə xəstə stenokardiya zamanı olan ağrıya
bənzəyən kəskin ağrı tutması hiss edir. Ancaq miokard infarktı zamanı olan ağrının
bir sıra fərqli xüsusiyyətləri də vardır. Stenokardiya zamanı ağrı fiziki və ya
emosional gərginlik zamanı baş verir və adətən nitroqliserin həbi qəbul etdikdən
sonra tez bir zamanda keçib gedir. Miokard infarktı zamanı olan ağrı
stenokardiyaya nisbətən daha güclü olur, əksər hallarda sakit vəziyyətdə olarkən
başlayır və hətta bir-birinin ardınca 3 həb nitroqliserin qəbul etdikdən sonra
da keçib getmir. Miokard infarktı zamanı əksər hallarda elektrokardioqrafik (EKQ) müayinədə özünə məxsus dəyişikliklər baş verir. Bu zaman zədələnmənin sahəsini və dərəcəsini dəqiqləşdirmək üçün ürəyin USM (ultrasəs müayinəsi) olan exokardioqrafiya da təyin oluna bilər. Miokard infarktına tutulma rirki aşağıdakı hallarda daha böyükdür: Şəkərli diabet Qeyd edək ki, miokard infarktına tutulma riski ortayaşlı
insanlarda daha böyük olsa da, müasir dövrdə insanların stresli həyat yaşaması,
həyəcan, panika bu infarktın yaşını cavanlaşdırır.
Вернуться назад |