Главная > Dünya > Dəkkə beynəlxalq aeroportunda yanğın olub

Dəkkə beynəlxalq aeroportunda yanğın olub


11-08-2017, 22:34.

Banqladeşin paytaxtı Dəkkə beynəlxalq aeroportunda yanğın baş verib.

Trend bildirir ki, yanğınla əlaqədar sərnişin və aeroport əməkdaşları təxliyə edilib.

Aeroport nümayəndəsinin sözlərinə görə, yanğın aeroportun binasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Aeroportda elektrik verilişi dayandırılıb. Şahidlərin sözlərinə görə, aeroport bınasında güclü tüstülənmə var.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

 


Вернуться назад