Главная > Ümumi > Messi Barselona terrorundan yazdı - Foto

Messi Barselona terrorundan yazdı - Foto


18-08-2017, 00:11.

"Barselona" klubunun məşhur futbolçusu Lionel Messi İspaniyanın Barselona şəhərində törədilən terror hadisəsini pisləyib.

Musavat.com xəbər verir ki, o, bu barədə öz İnstagram hesabında yazıb.

Məşhur futbolçu hadisə ilə bağlı bunları qeyd edib: "Sevimli Barselonamızda törədilən dəhşətli terror aktında həlak olmuş insanların ailələrinin və dostlarının kədərini paylaşır, onlara başsağlığı diləyirəm və bütün növ vəhşiliyi pisləyirəm. Biz-sülh, nifrətsiz, hörmət və tolerantlıq içərisində yaşamaq istəyənlər çoxluq təşkil edirik və heç vaxt vaz keçməyəcəyik”.

 


Вернуться назад