Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadovun avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törətməsi ilə bağlı məlumat yayılıb. Bu məlumatı icra başçısının müavini özü də təsdiqləyib.

Bu məlumatda sonra mediada və sosial şəbəkələrdə qəza törədən məmur oğlunun bahalı maşın kolleksiyası barədə məlumat yayılıb. Belə ki, Elmar İbadov qəzanı "Range Rover" markalı avtomobillə törətsə də, onun 10-AC-100 nömrəli daha bir neçə avtomobilinin olduğu deyilir.

Məmur oğlunun bu kolleksiyasında bahalı "Galandwagen" markalı maşının da olduğu iddia edilir. 10-AC-100 dövlət nömrə nişanlı "Galandwagen"in şəhərdə tez-tez göründüyü bildirilir.

Bakunews.az bildirir ki, hadisədən sonra Elmarın "İnstagram" hesabındakı maşın kolleksiyasında olan şəkilləri silinib.

Elmar İbadovun Bakı Dövlət Univerisitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində oxuyub. Bu il BDU-nu bitirsə də, hərbi xidmətə getməyib.

Sosial şəbəkələrdə və mediada Elmar İbadovun olduğu iddia edilən maşın kolleksiyası:
(Azxeber.com)

Qəza törədən məmur oğlu ''Hərbi xidmətə getməyib''Qəza törədən məmur oğlu ''Hərbi xidmətə getməyib''Qəza törədən məmur oğlu ''Hərbi xidmətə getməyib''
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300