İraq Kürd Muxtariyyəti 25 sentyabrda keçirilməsi nəzərdə tutulan müstəqillik referendumuna qarşı kampaniya aparan NRT kanalının bölgədə yayımını dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə Kürdüstan Demokrat Partiyası məlumat yayıb.

Kanalın yayımına məhdudiyyətlərin tətbiq olunması barədə İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani təlimat verib. Sözügedən qadağanın yalnız Süleymaniyyə şəhərini əhatə etdiyi bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl NRT TV-nin sahibi Şasivar Əbdülvahid İraq Kürd Muxtariyyətində sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan referenduma qarşı yayım həyata keçirmək üçün Nexer TV (Yox TV) kanalını təsis edib.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300