"Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin barəsində seçilən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən şikayət təmin edilməyib və M.Əliyev həbsdə qalıb.

Məhkəmədən sonra Mehman Əliyevin vəkili Fariz Namazlı jurnalistlərə açıqlama verib.

O deyib ki, müdafiə tərəfi olaraq Mehman Əliyevə verilmiş ittihamların saxta olduğunu sübuta yetirə biliblər.

"Sübut elədik ki, Mehman Əliyevə qarşı ittihamlarla əlaqədar heç əsaslı şübhələr də mövcud deyil, ittiham tərəfi məhkəməyə bununla bağlı sübutlar təqdim etməyib.

Digər tərəfdən, Mehman Əliyevə ittiham verilən cinayətlər iqtisadi xarakterlidir. Son dövrlərdə praktikada bu cür əməllərə görə həbs hallarına rast gəlməmişəm. Amma Mehman Əliyevə fərqli münasibət, bu cür ittihamlarla barəsində həbs-qətimkan tədbirinin seçilməsi göstərir ki, bu iş sifarişlidir. Yəni Mehman Əliyev sifariş əsasında həbs olunub"- deyə vəkil qeyd edib.

Vəkil bildirib ki, Mehman Əliyev də məhkəmədə çıxış edərək həbsinin sifarişli olduğunu söyləyib:

"Mehman Əliyev özü də bildirdi ki, həbsi qanunsuz, ittihamlar saxtadır.

Məhkəmə nəzarəti qaydasında şikayət verilmiş işlərdə apellyasiya məhkəməsinin qərarı son instansiyadır. Ölkə daxilində artıq həbs məsələsi ilə bağlı hüquqi müdafiə vasitəsi mövcud deyil. Mehman Əliyev haqqında həbs qərarından Avropa Məhkəməsinə şikayət edəcəyik".

Vəkilin sözlərinə görə, Mehman Əliyevin həbsdə saxlanması üçün istintaqın arqumentlərindən biri budur ki, o, işçilərinə təsir göstərə bilər: "İstintaqın qənaəti belədir ki, Mehman Əliyev işçiləri arasında hörmətə, sevgiyə malikdir, bundan istifadə edib şahidlərə təsir göstərə bilər. İstintaq orqanı bu cür bəhanələr irəli sürdü. Əlbəttə ki, bu arqumentlərin heç bir hüquqi əsası yox idi. Mehman Əliyevin daimi yaşayış, iş yeri var. Dəfələrlə şahid qismində ifadə verib, istintaqın çağırışlarından heç vaxt yayınmayıb. Sonuncu dəfə də istintaqa çağrılıb və könüllü şəkildə gedib, daha sonra şübhəli, ardınca da təqsirləndirilən şəxs qismində cəlb olunub. Yəni Mehman Əliyevin istintaqdan yayınması üçün əsaslı ehtimallar mövcud deyil".

Mehman Əliyev avqustun 25-də Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb.

Ona qarşı Cinayət Məcəlləsinin (CM) 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittihamlar irəli sürülüb, barəsində cinayət işi başlanıb.

Avqustun 26-da isə M.Əliyevin barəsində CM-nin 192.2-ci (qanunsuz sahibkarlıq, eyni əməllər) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İlkin Muradov, musavat.com





 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300