Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş rəhbəri Mixeil Saakaşvilinin qardaşı Davidi saxlayıblar.


APA-nın məlumatına əsasən, bu barədə Mixeil Saakaşvili "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin nümayəndələri qardaşım David Saakaşvilini Kiyevdə evindən çıxarkən saxlayıblar. Onu naməlum istiqamətdə aparıblar. O, hüquqşünasdır. Onun Ukraynada yaşamaq üçün icazəsi var. Görünür, onlar mənə təsir etmək istəyirlər. Bu təsir nəticəsində məni Ukraynaya qayıtmaq fikrimdən daşındırmaq istəyirlər. Siz məni çox pis tanıyırsız! Bu addımınız mənim Ukraynanı və ukraynalıları özbaşınalıqdan müdafiə etməklə bağlı qətiyyətimi daha da möhkəmləndirir", - deyə o qeyd edib.

DİN isə bəyan edib ki, David Saakaşvili Ukraynada qanunsuz olaraq yaşayıb və onun ölkədən deportasiya olunmasına hazırlıq gedir.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300