Azərbaycan Milli Hərəkatının bir sıra quruluş, təşkilat və şəxsiyyətlərinin 12 Şəhrivər (3 Sentyabr) münasibəti ilə bağlı ortaq bəyanatı
Əziz Azərbaycan Türk Milləti;
Böyük öndər Seyid Cəfər Pişəvəri liderliyində qurulan Azərbaycan Demokrat Firqəsinin, 12 maddəlik quruluş bildirgəsinin 73-cü yayınlanma il dönümü olan 12 Şəhrivər (3 Sentyabr) gününü bir halda anırıq ki, İran siyasi çərçivəsində zülm altındakı millətlər və o cümlədən Güney Azərbaycanda Türk Millətinin haqları hər sahədə tapdaq altında və Azərbaycan Milli Hərəkatının mübarizləri işgəncələrə və dustaqlara məhkum edilməkdədirlər.
İranda; tək məzhəb, tək dil, tək millət anlayışına əsaslanan sömürgəçilik və kimlik assimilyasiyasının çarxı, seçilməmiş və təhmil edilmiş bir zümrənin maraqları üçün sürətlə dönməkdədir və başda Azərbaycan Türk Milləti olmaqla bütün zülm altındaki millətlərin maraqları və qaynaqları İran dövləti və sözdə müxalifətinin istibdadçı və istismarçı siyasətlərinin əsiridir.
Azərbaycan Demokrat Firqəsinin mütərəqqi və öncül bildirgəsinin yayınlanmasından yetmiş üç il ötməkdədir və başı uca amma məzlum Güney Azərbaycanda, Azərbaycan Milli Hökumətinin yıxılması, Müsəlman Xalq Hərəkatının qanla basdırılması və İslam Cümhuriyyəti başçıları və sözdə müxalifətinin yalançılıq və düzənbazlığı artıq isbatlamışdır ki, iki üzlü diktatorların Azərbaycan Türk Millətinin haqlı tələblərini qəbul etmək ehtimalı haradasa yoxdur. Bu səbəblə Güney Azərbaycanın siyasi gücləri tarixi təcrübələrdən yola çıxararaq və millətimiz tarixi varlığını təhdid edən, bölgəmizin kirtik şərtlərinin fərqində olmaqla, milli birlik və bərabərliklə "Azərbaycan Milli Hərəkatı”nın gəlişmə sürəcini tamamlamağa və Azərbaycan Türk Millətini güvən içində səadət sahilinə çıxarmağa qərarlıdırlar.
O qaranlıq illərdə 12 Şəhrivər (3 Sentyabr) bildirgəsi və Azərbaycan Demokrat Firqəsinin qurulması göstərdi ki Güney Azərbaycanda Türk Milləti öz tələblərini demokratik düşüncələrlə yoğurubdur; və görürük mərkəzi hökumətin diktatorluğu və inhisarçılığına rəğmən hələ də 12 Şəhrivərin mütərəqqi ruhu Azərbaycan Milli Hərəkatına hakimdir. Güney Azərbaycanda milli mücadilə, öz demokratik keçmişinə söykənərək; düşüncə və ifadə özgürlüğü və çoxulculuğu təməl alaraq və hər cür diktatorluq və inhisarçılıq zehniyyətindən uzaq duraraq öz yoluna davam edir.
12 Şəhrivərin (3 Sentyabr) yetmiş üçüncü il dönümündə milli azadlıq yolunda canından olan bütün şəhidlərimizi sayğı ilə anaraq, Azərbaycan Milli Hərəkatının bütün siyasi məhbuslarının sərbəst buraxılmasını istəyirik.
Bu ortaq bəyanat, öz yerində, 12 Şəhrivər ruhunun davamı, gəlişməsi və milli qurtuluş mübarizəmizin başarı ilə sonuclanmasının tək sırrı olan, Güney Azərbaycanda milli hərəkat qüvvələrinin birlik və bərabərliyinə bir vurğudur.
Güney Azərbaycanın azadlıq yolunda canından olan bütün şəhidlərimizin əziz xatirəsiylə
Yaşasın Azərbaycan Türk Milləti
Yaşasın Azərbaycan Milli Hərəkatı
Yaşasın İranda zülm altında olan millətlərin qurtuluş mübarizəsi
10.09.2017
(Adlar əlifba sırasıyladır)
Quruluş və təşkilat imzaları:
1- Azərbaycan Milli Dirəniş Təşkilatı – AMDT
2- Azərbaycan Öyrənci Hərəkəti- AZOH
3- Dünya Azərbaycanlıları Konqresi- DAK
4- Güney Azərbaycan Demokrat Partiyası- GADP
5- Güney Azərbaycan İnsan Haqları Mərkəzi
6- Güney Azərbaycan İnsan Haqları Şurası (ABŞ)
7- Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
8- Güney Azərbaycan Qurtuluş Partiyası
9- Güney Azərbaycan Liberal Demokrat Partiyası- GALDP
10- Güney Azərbaycan Sosial Demokrat Partiyası

Şəxsiyyət imzaları:
1- Aslan Soltani
2- Babək Azad
3- Babək Bəxtavər
4- Cavad Derəxti
5- Duman Radmehr
6- Eldar Qaradağlı
7- Elyaz Yekanlı
8- Əjdər Tağızadə
9- Əli əsğər Həqdar
10- Əli Süleymani
11- Hadi Qaraçay
12- Haqan Türkelli
13- İsa Türkoğlu
14- Kazem Mohammadzade
15- Said Saed
16- Simin Sabri
17- Şayan BorBor Qaşqayi
18- Şərifə Cəfəri
19- Taymaz Urmulu
20- Yunus Şamili


 (uluyol.info)
Azərbaycan Milli Hərəkatının bir sıra quruluş, təşkilat və şəxsiyyətlərinin 12 Şəhrivər (3 Sentyabr) münasibəti ilə bağlı ortaq bəyanatı
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300