YENİ NƏSLİ NECƏ YETİŞDİRİLMƏLİ?!

Türk yurdunu, obasını qoruyan ərlər, igidlər və xanımlar, xatunlar var olduqca, Türk yurdu var olacaq. Hər zaman bunun önəmini anlamalı və bu bilinclə yaşamalıyıq. Fəqət son zamanlar istər yetişmə tərzi, istərsə də mənəvi cəhətdən olsun, bizlər və yeni nəsillərimiz xarici təsirlərlə öz kökümüzdən uzaqlaşdırılırıq. Bu sonda əmin ola bilərsiniz ki, nəticə olaraq heç də xoş bəhrələr verməyəcəkdir. Başqalarının olmayan "mədəniyyətini" təqlid etmək həm atalarımıza, həm də şanlı türk millətimizə qarşı ədəbsizlik olar ki, zatən təqlid edilməyə çalışılan mədəniyyət ədəbsizliklərlə doludur. Çünki bizlər özümüzə döndükcə, soy-kökümüzə bağlı qaldıqca hər zaman öncül və hər sahədə müvəffəqiyyətli -başarılı olarıq.
Təbii, sosial varlıq olaraq bizlər ətrafımızdakı digər millətlərin təsirində qala bilərik, ama bunu "çağdaşlıq" adı altında istəyərək və bilərək etmək doğru deyildir. Çünki, digər bir məqaləmdə qeyd etdiyim kimi özünü "mədəni","modern" sayan Avropalılara mədəniyyəti bizlər öyrətmişik. Hər halda bəzi gərçəkləri onlar-avropalılar qəbul etməsələrdə rəzil və geriçilik tarixi olaraq adlandırdıqları ilk və orta çağa nəzər salsalar yetərli olacaqdır.
Bu yazımda tariximizdə biz Türklərin, atalarımızın övladlarını necə yetişdirdiyini, əski Türk toplumunda uşaqların önəmini xatırladacaq, bizim gələcəyimiz olan yeni türk nəslini necə yetişdirməmiz gərəkdiyini və onların Türk millətinin gələcəyi üçün nə qədər önəmli olduğunu qeyd edəcəyəm.
Sizə məlumdur ki, bizim gələcəyimiz olan övladlarımız biz necə yetişdirəriksə, o tərzdə həyatlarını davam etdirərlər. Təbii, bəzi ətrafdakı təhlükələrə qarşı güclü olmağı da bizlər onlara kiçik yaşlarında öyrətməliyik. Bu mövzuda gözəl bir atalar sözümüz vardır: "Ağac yaşkən əyilir".
Həqiqətən qeyd etdiyimiz ata sözümüz dərin mənaya malikdir. Yəni insan övladı ən çox kiçik yaşlarda öyrətimə və tərbiyəyə açıq olur. Uşaqlıqda övladlarımıza necə tərbiyə verəriksə, hansı tərəfə yönəldiriksə yetkinlik yaşına gəldiklərində həyatlarında bunun önəmli təsiri olar.
Əski Türklərin yaşam tərzi və ailə münasibətlərini özündə əks etdirən ən sağlam qaynaq dastanlarımızdır. Bu dastanların arasında biz Oğuz Türklərinin əski yaşam tərzlərini və ailə münasibətlərini dolğun şəkildə əks etdirən, ən önəmlisi, heç şübəsiz, "Kitabi-Dədə Qorqud” dastanıdır. Bu yazımda da zaman-zaman Dədə Qorqud dastanına əsaslanıb, örnəklər verəcəyəm.
Türk toplumunda uşaqlar bir gələcək abidəsidir. Yəni toplumun dəyərlərini sonrakı uşaqlara- nəsillərə daşıyacaq olan tək ünsürdür. Əski türklərdə uşaq ailə, toplum və hətta dövlət üçün gələcəyin təminatı olaraq görüldüyündən, Türk sosial həyatının gözbəbəyi və varoluşun əsasıdır.
Ayrıca, uşaqlar ana və atanın genetik şifrələriylə var olduqları ikinci zəmin-alan, cəmiyyət baxımından düşünüldüyündə isə cəmiyyətin xarakter daşıyıcısıdır. Yəni ailə və toplum uşaqda əks olunur. Uşağın Türk toplumunda bir dəyər olaraq görülməsinin bir digər səbəbi də onun doğasında-özülündə olan hərəkətlilikdir. Həmçinin uşaq, Türk törəsini daima canlı tutan bir ünsürdür.(1)
Bu baxımdan uşaqlar türk toplumunda bir ehtiyac olaraq görülür. Bir gələcək ünsür və bir yaşadıcı olaraq görülən uşaq, hər zaman sayqı və sevgi göstərilən bir varlıqdır.
Dədə Qorqud hekayələrinin qurucusu olan Türkün ortaq vicdanında və ortaq ağlında, uşaq kiçik də olsa onurludur, bir mənliyə və olqunluğa sahib olaraq qarşımıza çıxar. Bu hekayələrdə uşaqlara çox zaman bir yetişkin kimi davranılır. Bu da uşaqların mənliyində, dəyər verilən bir varlıq olduğu hissini doğuraraq şəxsiyyətinin formalaşmasına müsbət bir təsir etmişdir.(2).
Qeyd etdiyimiz kimi, qədim Türklərdə uşaq ailə hüququ baxımından da önəmlidir. Bunun səbəbi uşağın ailənin davam etməsindəki ən önəmli ünsür olmasıdır. Uşağın olmadığı hallarda Türk erkəyi suçu qadınında axtarmamaqda, özü də suçu və ya qüsuru bölüşməkdədir. Bu bir həqiqətdir ki, əski Türklərdə uşaq sahibi olmaq çox istənilən bir haldır.(3)


Türklərdə yeni doğulan uşağa belə, qəhrəman gözü ilə baxılırdı. Cinsiyyətindən fərqli olmayaraq hər uşaq gələcəyin bir alp-Türk savaşçıdır. "Alp” sözü türkçə bir sözdür və bizim ərəbcə "güc” anlamında işlətdiyimiz mənaya gəlir. Savaşçılara "alp” deyilməsinin səbəbi isə hər zorluğu dəf edə biləcək gücə sahib olmasındandır.Yəni hər türk uşağı bir alpdır.
Uşağın varlığı ailənin gələcəyi üçün önəmlidir. Dədə Qorqud hekayələrində Dirsə Xanın oğlu və qızının olmadığından bəhs edilir. Dirsə Xan və Xatunu bu vəziyyətə üzülür. Dirsə Xan xanımının istəyi ilə ulu toyu toplayıb, dua etmələrini arzu edir. Bu duaların sonucunda xatunu hamilə qalır və bir müddət sonra oğlu dünyaya gəlir.(4)

Türklər qız və oğlan uşaqları arasında fərq görməzdilər.(5) İnsanın yaradılışı baxımından fərq görməsələr də erkək və ya qız uşaqlarının ailələr baxımında bir birlərindən fərqli ola biləcəkləri ehtimalı da vardır. Ana və ya ata qızını erkək övladından və ya erkək övladını qız övladından daha çox sevə bilər. Bu mövzuda fərqli fikirlər mövcuddur. Bu fikirlərdən Ünal-Öztürk, qız və erkəklərin dəyərləndirilməsi mövzusunda bəzi qızların daha çox sevildiyini düşünməkdədir.(6). Ögəl isə Hun və Göktürk çağından qalan bəlgələrdən yola çıxaraq, erkək uşaqlara daha çox dəyər verildiyi düşüncəsindədir.(7)

Əski Türklərdə oğul övladı ifadə etmək məqsədi ilə "atac"sözü istifadə edilmişdir. Ataç-böyüklük göstərən uşaq, oğul mənasına gəlir. (Kaşğarlı Mahmud )(8) "Anaç" isə kiçikkən, böyük bir anlayış göstərən qız, anacıq (Kaşğarlı Mahmud )deməkdir(9). Burdan əski türklərdə oğulun ataya, qızın anaya bənzədiyi görülməkdədir. "Ata oğul ataç doğular", yəni oğul ataya bənzər ifadəsi bunu doğrulamaqdadır.(10)Oğul ataya, qız anaya bənzədiyinə görə, erkək uşağın yetişdirilməsi atanın, qız uşağının yetişdirilməsi ananın görəvi idi.
Ancaq qədim Türklərdə sadəcə övlad sahibi olmaq yetərli deyildi. Övladın savaşçı və qəhrəman olması da mühüm idi. Bunun üçün təlim, yetişmə tərzi önəmli olmuşdur. Türklərdə uşağın yetişdirilməsinə ailə ortamından başlanır. Uşaqlar daha kiçik yaşda at minmək, qılınc oynatmaq, ox atmaq kimi igidlik, savaşcılıq xüsusiyyətlərini öyrənərkən, toplumun-cəmiyyətin qaydalarını da öyrənirdilər.(11). Uşaqlar öyrənim-təlim zamanında belə qanunlara uymalı idilər. Dədə Qorqud hekayələrində də uşaqlara verilən təlimin, eyitimin, tərbiyənin də böyük bir yeri vardır və əsərin müqəddimə qismində də buna diqqət çəkilir:"Qız anadan görməyincə öyüt almaz, oğul atadan görməyince süfrə çəkməz. Oğul atanın yetiridir, iki gözünün biridür. Dövlətlü oğul qopsa ocağınun közidür… Ata adını yorıtmayan xoyrad oğul ata bilindən ininçə inməsə yiğ, ana rahmine düşince toğmasa yiğ. Ata adın yorıdanda dövlətlü oğul yiğ.” (Ergin, 2004: 74)(12)

Uşaqların təlimi ailənin görəvi olmaqla bərabər toplumdaki bütün fərdlər də bu təlimdə məsuliyyət- sorumluluk daşıyır. Uşaqların hüquqi baxımdan təməl haqq və özgürlükləri ailə ortamında formalaşırdı. Qədim Türklərdə uşaqlar öz adlarını etdikləri qəhrəmanlıqlarla alırdılar. Adını öz haqqıyla-qəhrəmanlığı ilə alan bir uşaq, düzənlənən törə-yığıncaq ilə adını hər kəsə duyurur -tanıdırdı. Uşaqlara verilən adlarda bəzi qavramlar diqqəti çəkirdi. Bu adlar içərisində Bozkurt, Kök Börü, Uku(Baykuş), Turul(Toğrul) və başqa isimlər yer almaqdadır.(13)

Yağıbasan ismi düşmanın hücumu dəf edilən gün doğulan uşaqlara, Aşbergen ismi aş törəni edildiyi gün doğulan uşağa, Konak Keldi ismi sayılı misafir gəldiyi gün doğulana, Uralbəy, Sırgəldi, İdilbey isimləri doğulduğu yerə görə verilən isimlərdir.(14) Bu isimlər verilərkən təbiət qüvvətlərinin, ruhların və cinlərin yeni doğulan uşağın həyatına müdaxilə etməyəcəyi düşünülürdü.(15). Uşağın uzunömürlü olması üçün Tokdasın, Dursun kimi isimlər verilərkən bunların yanında yaxşı xarakterli xüsusiyyətlərini anlatmaq üçün Tınıbek, Canıbek, Alper(16) kimi isimlər verilirdi.
Türklərdə qurd igidliyin simvolu-işarətidir. Bu səbəbdən qurd insan ismi kimi Türklərdə istifadə edilirdi. Bu yerdə Türk tariximizdə önəmli yeri olan Türk alpı-sərgərdəsi Ərtuğrul Qazinin bu sözlərini xatırlatmaq istəyirəm :"Türk balası qurd olur, basdığı yer yurd olur". Burdan da anlaşıldığı kimi Türklər övladlarını qəhrəman kimi yetişdirir və igidliyin onların şanını yüksəltdiyinə inanırdılar.
Qeyd etdiyimiz kimi, qədim Türklərdə mücadilə əsasdır və uşaqlarda da qəhrəmanlıq ən yüksək sosial dəyərdir. Belə olduğu halda qız uşaqlarınında da dəyəri, ata minmək, qılınc oynatmaq, ox atmak, düşmənə hücum etmək, yəni maddi qüvvət təzahürləri ile ölçülür (Kaplan, 2002: 23). (17) Çünki göçəbə və hər zaman düşmənlə savaşan bir toplumda, qadının da alp tipinə uyğun olması yəni qəhrəman, qorxusuz və çevik olması gərəkir. Bu halın əsərdəki Bamsı Beyrək ve Qan Turalı hikayələrində müntəzəm olaraq əks edildiyini görürük: Bamsı Beyrək, atasına evlənəcəyi qızın xüsusiyyətlərini belə söyləyir:"Ata mana bir kız alı vir kim, men yirümden turmadın ol turmah gerek, men kara koç atuma binmedin ol binmeh gerek, men karımuma varmadın ol baş getürmek gerek, bunun gibi kız alı vir baba mana.”
Beyrəkin atası Pay Püre Xan da "Oğul sən qız diləməzsin kəndünə bir hampa istər-imişsin.”(Ergin 1989: 124) (18)deməkdədir. Məhz hikayənin öncəsində Beyrək, beşik kərtməsi olan Banu Çiçəyin evinə tesadüfən gəlir. Daha öncə görmədikləri üçün bir-birlərini tanımırlar. Banu Çiçək, qarşısındakı insanın həqiqətən göbəkkəsməsi olub-olmadığını öyrənmək üçün Beyrəkə bir təklif edir: "Gəl, imdi sənün ilə ava çıxalum, əgər sənün atun mənüm atumı kiçər isə onun atını dəxi kiçərsən. Həm sənün ilə ox atalum, məni kiçər isen, anı dəxi, kiçərsən və həm sənün ilə gürəşəlüm, məni basar isən, anı dəxi basarsan.” (Ergin, 2004: 123)(19) deyər və Beyrək də bu təklifi qəbul edər.
Ardından Banu Çiçək ve Beyrək, bir-birlərini yenmək üçün mücadiləyə-yarışa başlar, ox atarlar, güləşirlər. Sonunda Beyrək, Banu Çiçəyi yenər. Banu Çiçək də özünü tanıdar və bu olaydan sonra nişanlanırlar.
Burada görülür ki, qəhrəman, qız və ya erkək olsun evlənəcəyi insanı cəsarətinə, igidliyinə və savaşçı özəliklərinə görə seçirdilər. Bu hekayələrdə də görüldüyü kimi, erkəklər qədər qadınların da igid və qorxusuz olmaları tərcih edilir və igid bir erkək ancaq özü kimi cəsur və igid bir qızla evlənir.

  Sizlərə qədim Türklərin uşaqları necə yetişdirildiyindən və əski türk toplumunda uşaqların önəmindən bəhs etdim. Atalarımız övladlarını xüsusi təlimlə yetişdirirdilər.Bəs bizlər necə edirik?

 

Bəzən onları xarici dil öyrənsinlər, bilgisayarı bilsinlər, yeni -müasir dünyadan geri qalmasınlar və s. kimi məşğuliyyətlərə yönəldirərkən kökündən, özündən, milli kimliklərindən qoparırıq. Dil öyrənsinlər deyə evimizdə onlarla başqa dildə (rus, ingilis) danışır, ana dilimizi unutdururuq, modern olsunlar deyə əcaib tərzdə musiqi dinləmələrinə, qeyri-etik geyimlərinə göz yumuruq və güclü şəxsiyyətə malik olsunlar deyə, mənəvi cəhətdən yetişdirməyi unuduruq. Beləcə, əcayib bir nəsil yetişir, milli kimliyini unutmuş, dilini bilməyən, mədəniyyətin sadəcə avropalılarda olduğunu düşünən bir nəsil. Bu məqamda Türk dünyasının görkəmli ədibi Bəxtiyar Vahabzadənin bu misralarını xatırlatmaq istəyirəm:
"Yad yerin halvası çox şirin olar".
Qaçırsan, minillik ənənədən qaç!
Hər kəsə bənzəmə, sən təzə yol aç!
Dediyin hər sözü duy dərin-dərin.
Həyatda gördüyün geriliklərin
Demə ki, hamısı ənənədəndir!..
Sən niyə arxanı köhnə sayırsan,
Qaçıb öz atandan bəs bu nədəndir?
Özgə ataları yamsılayırsan?
"*"*"*"*"*"*"*"*"*"*"*"*"*"*"
Gülmə öz kökünə, ayıbdır sənə!
Ot kökü üstündə bitər, unutma,
Köhnə damğasını vurub atana,
Özgədən özünə sən ata tutma!
Yadın köhnəsi də dilin əzbəri,
Ənənən çiyninə niyə yük oldu?
Anlaya bilmirəm, nə vaxtdan bəri
Yadı yamsılamaq yenilik oldu?!

Həqiqətən bu misralar hər şeyi əks etdirir. Bizlər atalarımızın övladlarını yetişdirdiyi tərzdə yetişdirəriksə hər şey daha fərqli olar. Biz övladlarımıza başqa dilləri öyrədək, amma öz dilimizi unutdurmayaq, onları başqa millətlərin mədəniyyətlərindən xəbərdar edək, amma öz kökünü unutdurmayaq.Türk İslam mədəniyyəti dünyanın ən əsil və möhtəşəm mədəniyyətidir. Onlara-övladlarımıza xarici filimlərin xəyalı qəhrəmanlarını sevdirmək, örnək göstərməyin əvəzinə Türk tariximizin yaşamış və elm, mədəniyyət , hərb sahəsində uğurlar qazanmış şəxsiyyətləri xatırladıb, öz qəhrəmanlarımızı sevdirək. Tarixində, soyunda qəhrəmanları olmayan millətlər xəyali-sanal qəhrəmanlar uydurub, kitablar yazaraq, filmlər çəkərək öz nəsillərini yönləndirməkdə, tərbiyə etməkdədirlər. Bizim şanlı Türk tariximixdə minlərlə qəhrəman, igid atalarımız vardır. Unutmayın, gözəl və anlamlı bir ata sözümüz var :"Od kökü üstə bitər".
Özümüzdən, kökümüzdən qoparıqsa, başqa millətlərə kölə olmağa məhkum olarıq. Bizim şanlı tarixə nam salmış millətimiz var. Uşaqlarımız bizim gələcəyimizdir, onlara atalarını unutdurmamalı və onların qəhrəman bir milləti təmsil etdiklərini xatırlatmalıyıq.
Mustafa Kamal Atatürkün söylədiyi kimi:"ÇOCUKLAR GELECEĞİMİZİN GÜVENCESİ YAŞAMA SEVİNCİMİZDİR, BUGÜNÜN ÇOCUĞUNU YARININ BÜYÜĞÜ OLARAK YETİŞTİRMEK HEPİMİZİN İNSANLIK GÖREVİDİR"
Nə mutlu Türküm deyənə!
Son olaraq Türk komutan İshak Çelik beyin bu sözlərini sizlərlə paylaşmaq istərdim:"Keçmişini unudanın gələcəyi olmaz!"

İstifadə edilən mənbələr:
1.Fırat Üniversitesi Sosyal Bilimler Dergisi Fırat University Journal of Social Science Cilt: 14, Sayı: II Sayfa: 209-223, ELAZIĞ-2004 DEDE KORKUT HİKÂYELERİ’NİN ÇOCUK EĞİTİMİ AÇISINDAN ÖNE SÜRDÜĞÜ DEĞERLER VE ORTAYA ÇIKARMAK İSTEDİĞİ TİP ÜZERİNE BİR DEĞERLENDİRME.
A) AİLE VE TOPLUMUN ÇOCUĞA BAKIŞ EKSENİ 1. Bir İhtiyaç Unsuru Olarak Çocuk
2.Fırat Üniversitesi Sosyal Bilimler Dergisi Fırat University Journal of Social Science Cilt: 14, Sayı: II Sayfa: 209-223, ELAZIĞ-2004
AİLE VE TOPLUMUN ÇOCUĞA BAKIŞ EKSENİ.
İtibar Kaynağı Olarak Çocuk
3.ÜNALAN, S.-ÖZTÜRK, H.(2008) "İslamiyet’ten Önce Türklerde Eğitim ve Öğretim”. Fırat Üniversitesi İlahiyat Fakültesi Dergisi 13: 2, 89-109.
4.GÖKYAY, O. Ş. (1973) Dedem Korkudun Kitabı. İstanbul: Milli Eğitim Basımevi.
5.ÖGEL, B. (2001) Dünden Bugüne Türk Kültürünün Gelişme Çağları. 4. Baskı, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı Yayınları.
6.ÜNALAN, S.-ÖZTÜRK, H.(2008) "İslamiyet’ten Önce Türklerde Eğitim ve Öğretim”. Fırat Üniversitesi İlahiyat Fakültesi Dergisi 13: 2, 89-109.
7..ÖGEL, B. (2001) Dünden Bugüne Türk Kültürünün Gelişme Çağları. 4. Baskı, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı Yayınları.
8KAŞGARLI MAHMUD (1985) Divan-ı Lûgat’it Türk Tercümesi. Cilt II, Çev. Besim ATALAY, Ankara: Türk Dil Kurumu Yayınları.
9.KAŞGARLI MAHMUD (1985) Divan-ı Lûgat’it Türk Tercümesi. Cilt I, Çev. Besim ATALAY, Ankara: Türk Dil Kurumu Yayınları.
10.ÜNALAN, S.-ÖZTÜRK, H.(2008) "İslamiyet’ten Önce Türklerde Eğitim ve Öğretim”. Fırat Üniversitesi İlahiyat Fakültesi Dergisi 13: 2, 89-109.
11.KOCA, K.-UĞURLU, S. (2010) "Dede Korkut Hikâyelerinden Hareketle Türk Kültüründe Erkek Evlat Olarak Oğul Kavramı”. Akademik Bakış Dergisi, Sayı 22, Celalabat-Kırgızistan, 1-10.
12.ERGiN, Muharrem (2004), Dede Korku…
12.ERGiN, Muharrem (2004), Dede Korkut Kitabı I, Ankara: TDK Yayınları.
13.RASONYI, L. (1971) Tarihte Türklük. Ankara: Türk Kültürünü Araştırma Enstitüsü Yayınları.
14.İNAN, A. (2000) Tarihte ve Bugün Şamanizm, Materyaller ve Araştırmalar. Ankara: Türk Tarih Kurumu Yayınları.
15..RASONYI, L. (1971) Tarihte Türklük. Ankara: Türk Kültürünü Araştırma Enstitüsü Yayınları.
16..RASONYI, L. (1971) Tarihte Türklük. Ankara: Türk Kültürünü Araştırma Enstitüsü Yayınları.
17.KAPLAN, Mehmet (2002), Türk Edebiyatı Üzerinde Araştırmalar 1, Ġstanbul: Dergâh Yayınları
18.Ergin 1989: 124)
19.ERGĠN, Muharrem (2004), Dede Korkut Kitabı I, Ankara: TDK Yayınları
P.S.Xüsusi təşəkkür verdiyi dəyərli bilgiler üçün Türk komutan İshak Çelik bəyə sayqılarımla.

Aynur Talıblı

İstanbul Sabahattin Zaim Üniversiteti,

Tarix və Mədəniyyət Araşdırmaları bölümü


 

Uluyol.info

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300