"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki yarışlarının tarixi startına doqquz gün qaldı. 12 sentyabrda Azərbaycan çempionu Londonda "Çelsi”yə qarşı oynayacaq. İndi "Qarabağ" futbolçularının əksəriyyəti milli komandanın sərəncamındadır, baş məşqçi Qurban Qurbanov isə baş sındırır ki, yetirmələrini Çempionlar Liqasında ən əhəmiyyətli oyunlara necə optimal vəziyyətdə çıxarsın.

"Düşünürəm ki, biz hələ Çempionlar Liqasının nə olduğunu hətta hiss belə etmirik. Bunu yalnız qrup mərhələsində tam iştirakdan sonra anlayacağıq. Amma görürəm ki, bütün futbolçular arzu ilə alışıb yanırlar, hamı həyəcanlanır. Bütün oyunçularda bu mərhələdə çıxış etmək arzusu var idi", -deyə Qurban Qurbanov virtualaz.org-a açıqlamasında bildirib.

Ağır püşkü, hansı ki, "Qarabağ"ı "Çelsi", "Atletiko" və "Roma” ilə bir qrupa göndərdi, şərh edərkən baş məşqçi deyib: "Aydındır ki, biz mürəkkəb qrupa düşdük. Artıq püşkatma zamanı biz Çempionlar Liqasının səviyyəsini hiss etdik. Anlayırıq ki, bizə hansı komandalara qarşı oynamaq lazımdır. Mənə oyunçulara nəyi isə əsaslandırmaq çətin olmayacaq, çünki onlar özləri çoxdan bunu arzu edirdilər. Mənə yalnız bizim hazırlıq proqramını düzgün planlaşdırmaq qalır ki, futbolçular oyunlara lazımi formada çıxsınlar".

Şəxsi hisslərinə gəlincə, Qurban Qurbanov qeyd edib ki, Çempionlar Liqasında oyunlardan əvvəl həyəcandan qaçmaq mümkün olmayacaq: "Məndə də, oyunçularda olduğu kimi, eyni hisslərdir. Təbii, həyəcanlanacağam, narahat və ehtiyatlı olacağam. Hesab edirəm ki, mən, məşqçi kimi, eləcə də bütün futbolçular, Çempionlar Liqasında böyük təcrübə yığacağıq. Bu bizim gələcək işimiz üçün çox faydalı yarış olacaq".

Baş məşqçi əmindir ki, "Qarabağ"ın futbolçuları Çempionlar Liqasına psixoloji nöqteyi-nəzərdən hazır olacaqlar: "Psixoloji nöqteyi-nəzərdən bizə komandanı bu klublara qarşı hazırlamaq çətin olmayacaq. Əgər hər şeyə real baxsaq, etiraf etməliyik ki, onların hər üçü bizdən daha güclüdür. Amma bütün hallarda biz meydana çıxıb, sona kimi mübarizə aparacağıq".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300