Bu gün Yenicag.az saytının fəaliyyətə başlamasının 10 ili tamam olur.

1 fevral 2006-cı-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ” qəzetinin rəsmi səhifəsi olan Yenicag.az 2007-ci il sentyabrın 5-də yayıma başlayıb.

Yenicag.az Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də operativ qaydada oxuculara çatdırır.

Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını geniş işıqlandıran Yenicag.az -da müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıq üzü görür.

Öz fəaliyyətində tərəfsizliyi və obyektivliyi hər zaman rəhbər tutan Yenicag.az mövcud siyasi və sosial qrupların heç birinə qarşı ayrıseçkilik etmir, tam obyektiv və müstəqil informasiya siyasətini həyata keçirir.

2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk və rus dili versiyaları da yayıma başlayıb.

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir.

Yenicag.az Azərbaycan həqiqətlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərməkdədir. Saytın rəhbəri Aqil Ələsgərin təşəbbüsü ilə Türkiyədə hər il Xocalı Soyqırımına həsr olunan silsilə tədbirlər keçirilir, yayım materialları hazırlanır və müxtəlif aksiyalar təşkil olunur. Yenicag.az rəhbərinin təşəbbüsü və dəstəyi ilə Xocalı Soyqırımının canlı şahidlərindən biri olan Dürdanə Ağayevanın "Erməni zindanında 8 gün” kitabı nəşr olunub.

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul çevriliş cəhdindən daha əvvəl bu şəbəkənin ifşasında yorulmadan fəaliyyət göstərən Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirtdiyi pozuculuq fəaliyyətinə həsr olunmuş "Terrorun Gülən üzü” və "Səssiz işğal” kitablarını çap etdirib.

Yenicag.az bu gün də Azərbaycan və Türkiyənin milli təhlükəsizliyinə yönələn bütün cəhdlərə qarşı yüksək həssaslıq nümayiş etdirir və bu məsələləri daim diqqət mərkəzində saxlayır.

10 illik yubileyini qeyd edən Yenicag.az öz oxucularının mənafelərini hər zaman əsas götürərək, onların maraqla qarşılayacaqları yeni və aktual layihələr həyata keçirəcəyi istiqamətdə addımlayır.

Bu gün "Yeni Çağ Azərbaycan” Media Qrupuna Yenicag.az(Azərbaycan),Yenicag.ru (rus), Yenicag.info (türk) domenləri daxildir. Beynəlxalq reytinq şəbəkələrində qabaqcıl yerləri tutan Yenicag.az ayda 2 milyona yaxın internet istifadəçisi tərəfindən ziyarət edilir. Saytın aylıq səhifələnməsi üç-dörd milyon arasıdır.

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300