"Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti Kreditorlar Komitəsinin bugünkü iclasında sensasiyalı informasiya səslənib.

"Report”un xəbərinə görə, Azərbaycandakı dövlət fondlarından birinin rəhbərinin qardaşı ləvğetmə prosesində olan "Bank Standard" QSC-dən girovsuz olaraq 100 milyon manatdan çox kredit götürüb.

Bunu qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib.

Bununla belə, Əkrəm Həsənov kimdən söhbət getdiyini dəqiqləşdirməyib. Amma virtualaz.org-un mənbələri bildiriblər ki, söhbət Azərbaycanın dövlət xadimi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru (Vikipediya onu məhz belə təqdim edir) Şahmar Mövsümovun qardaşı - növbəti "kredit oliqarxı", biznesmen Şahin Mövsümovdan gedir.

Virtualaz.org-un mənbələri onu da bildiriblər ki, bu kreditin alınmasında Azərbaycan Mərkəzi Bankından yüksək vəzifəli məmur da öz rolunu oynayıb. Amma indi, yeri gəlmişkən, bir az əvvəl "Tərəqqi" medalı almış Şahin Mövsümov qarşısında qəti şərt qoyulub: "100 milyondan çox manatı təcili qaytar!”//virtualaz.org


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300