Ermənistanda hüquq müdafiəçiləri də hökumətdən narazıdırlar. Hakimiyyətə etiraz olaraq aclıq aksiyası keçirməyə hazırlaşan vəkillərin sayı artıq 170-ə çatıb.

Axar.az xəbər verir ki, ötən ilin iyulunda İrəvanda baş verən silahlı qiyamla bağlı həbs olunan 18 nəfərin məhkəməsi ətrafında qalmaqal getdikcə artır. "Sasna Srer” qrupunun vəkilləri məhkəmə zalına polisin müşayiəti ilə yoxlanıldıqdan sonra buraxılırlar. Bu da hüquq müdafiəçilərinin narazılığına səbəb olub. Onlar bunun məhkəmə haqqında qanunlara zidd olduğunu deyiblər. Vəkil İnessa Petrosyan bildirir ki, Ermənistan ali məhkəməsində oturanlar səriştəsizdirlər. Prosesdən əvvəl hüquq müdafiəçilərinin üzərində yoxlama aparılması düzgün deyil.

Vəkilin şikayətinə baxmayaraq, digər həmkarların da üzərində yoxlama aparıldığını görəndən sonra hüquq müdafiəçiləri aclıq aksiyası keçirməyə qərar veriblər. Qısa müddətdə bu çağırışa 170-ə yaxın vəkil qoşulub.

Hakimiyyətə etiraz olaraq aclıq aksiyası keçirməyə hazırlaşan vəkillər deyirlər ki, Ermənistanda ədalətsizlik baş alıb gedir. Sadə vətəndaşlarla yanaşı, artıq vəkillərin də hüquqları pozulur. Nəticədə onlar əksər hallarda hüquqlarını müdafiə etdiyi insanların məhkəmə prosesində iştirak edə bilmirlər.

Ötən ilin iyulunda İrəvanda baş verən silahlı qiyamla bağlı həbs olunan 18 nəfərin məhkəmə prosesi yenə təxirə salınıb. Hüquq müdafiəçiləri qeyd edirlər ki, Ermənistan prokurorluğu hər vəchlə bu insanların işini ağırlaşdırmağa çalışır. Ona görə məhkəmə prosesi müxtəlif bəhanələrlə uzadılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300