Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünyasını dəyişmş azərbaycanlı dünya şöhrətli alim Lütfi Zadə haqqında söylədiyi "fındıqbaş” ifadəsi çox sərt etirazlar doğurub. Üstəlik, ardınca onun ardınca özünə bəraət qazandıraraq "O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş?” söyləməsi social şəbəkələrdə hiddətlə qarşılanıb və A.Əlinin ünvanına sərt təpkilər gəlib. Xüsusilə də dövlət başçısının Lütfi Zadənin vəfatı ilə əlaqədar nekroloq imzaladığı, vəsiyyətinə uyğun olaraq onun Azərbaycanda dəfn olunmasına hazırlıq görüldüyü bir vaxtda hökumət sözçüsünün bu cür davranış sərgiləməsi heyrətamiz olay kimi qarşılanıb. Hətta A.Əlinin vəzifədən çıxarıla biləcəyi ehtimalları səslənir.

Bütün bunlardan sonra Akif Əli sosial şəbəkə vasitəsilə səhvini etiraf edib və üzrxahlığını bildirib. Xidmət rəhbəri yazıb:

"Hörmətli FB istifadəçiləri!

ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı "Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ mən qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!”//musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300