Mərhəmətli, rəhmli Allahın adı ilə! Hz. Peyğəmbər (s) xütbəyə ilk öncə Allah-

təalaya həmd-səna ilə başladı. Allahın qüdrət və rəhmət sifətlərini zikr etdikdən

sonra onun müqabilində öz bəndəliyinə şəhadət verdi. Sonra Peyğəmbər (s), İmam

Əli (ə) ilə bağlı çox mühüm bir məsələni xalqa çatdırdı. Peyğəmbər (s), onu da

bildirdi ki, bu xəbəri xalqa çatdırmasa, peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş

sayılacaq. O həzrət, buna görə Allahın əzabından qorxduğunu dedi. Qədir-Xum

hadisəsinin ən önəmli məqamı da məhz bundan ibarətdir. Daha sonra O həzrət (s),

"imamlıq” məqamı haqqında məlumat verib özündən sonra gələcək on iki imamın

imamət və vilayət sahibi olacaqlarını bəyan etdi. Həzrətin buyurduqlarında, on iki

imamın vilayətinin bütün zaman, məkan və insanlara aid olması, digər bir mühüm

məsələ kimi gözə çarpır. Əhli-beytin (s) sözü və qərarı, həyatın bütün sahələrində

qəti dəlildir. Onlar, Peyğəmbərdən (s) sonra Allahın həqiqi nümayəndələri, Onun

halal-haramını açıqlayan yeganə mötəbər şəxslərdir. Peyğəmbər (s), xütbə

əsnasında imam Əlini (ə) camaata belə təqdim etdi:

"منکنت مولاه فهذا علیمولاه اللهم وال منوالاه و عاد منعاداه و انصر مننصره و اخذل منخذله"

"Mən kimin rəhbəriyəm (əmr sahibi) Əli (ə) də onun rəhbəridir. İlahi! Onun dostları

ilə dost, düşmənləri ilə düşmən ol və onu xar etmək istəyənləri xar et".

Dinin tam və kamilliyini imamların vilayəti ilə əlaqələndirdi. Sonra Allah, mələklər

və camaatı şahid tutdu. Xütbənin davamında Hz. Peyğəmbər (s) buyurdu:

"İmamların vilayətini inkar edənlərin əməlləri qəbul olmaz və o şəxslərin yeri

cəhənnəmdir”. Həzrət sonra imam Əlinin (ə) bəzi fəzilət və dəyərlərini açıqlayaraq

(s) bildirdi ki, Əhli-beytə düşmən olan hər kəsə Allahın qəzəbinə tuş gələcək. Sonra

Qurani-kərimdən bəzi əzab ayələrini tilavət edib "Bu ayələrdə məqsəd mənim bəzi

səhabələrimdir” deyərək özündən sonra Əhli-Beytin (ə) məqam və haqqını qəsb

edənləri lənətlədi. Peyğəmbər (s) xütbəsində Əhli-beytin məhəbbət və vilayətinin

təsirlərini açıqladı; Həmd surəsində deyilən "doğru yol”-un Əhli-beytin (ə) tərəfdarı

olmaqda xülasə etdi (mənalandırdı). Peyğəmbər (s), Quranda cənnətdən bəhs edən

əyələri, məhz Əhli-Beyt (ə) tərəfdarlarının məqamı haqqında nazil olduğunu

bildirdi. Sonda Peyğəmbər (s), 12-ci imam barədə mühüm məsələlərə işarə etdi.

İmamın xüsusiyyətlərini açıqladı. Həzrət (ə) müjdə verib bildirdi ki, məhz onun

vasitəsi ilə dünyada ədalət bərpa olacaq. Peyğəmbər (s), camaatı özü və imam Əli

(ə) ilə "beyət" etməyə dəvət edərək bu beyətin Allahın əmri ilə olduğunu dedi.

Peyğəmbər (s) ilahi əhkam barədə danışdı: "Mən halal və haramı imamların vasitəsi

ilə qiyamətə qədər bəyan edirəm. Onların elm və əməlləri haqqdır.” Həzrət

peyğəmbər (s) on iki imama itaət etməyi və bu mühüm hadisəni gələcək nəsillərə

çatdırmağı əmr etdi. Xütbədən sonra camaat İmam Əliyə (ə) beyət etdilər. Hz.

Peyğəmbər (s) sonda əmrlərini inkar edənlərı qarğıdı və onu təsdiqləyənlər üçün

dua etdi. Xütbə, Allaha həmd-səna ilə başa çatdı.

"الاو انّی قدبایعت الله و علیٌّقد بایعنی و اناآخذکم بالبیعة له عنالله عزّ و جلّانّ الذین یبایعونک انّمایبایعون الله، ید اللهفوق ایدیهم. فمن نکثفانّما ینکث علی نفسهو من اوفیبما عاهد علیه اللهفسیؤتیه اجراً عظیماً" "Agah olun ki, mən Allaha beyət etmişəm, Əli (ə) də mənə beyət etmişdir və mən sizdən onun üçün Allahın əmri ilə beyət alıram. Onunla beyət edənlər Allaha beyət etmişdir. Allahın (qüdrət) əli bütün əllərdən (qüdrət və güclərdən) üstündür. Hər kəs zülm etsə özünə edib və hər kəs əhdinə vəfa etsə ona böyük əcr və savab veriləcəkdir.

Şəhriyar Əliyev-ilahiyyatçı yazar

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300