Maliyyə böhranının ən çox təsir etdiyi sahələrdən biri "Azərbaycan Dəmir Yolları" QSC olub. Böhrandan sonra idarədə kütləvi ixtisarlar aparılıb, "Azərbaycan Dəmir Yolları"nın balansındakı 10 xəstəxana və tibb müəsissəsi bağlanıb. 

 

Böhran Cavid Qurbanovun başçılıq etdiyi qurumda maaşların verilməsinə də təsir edib. "Qaynarinfo"ya verilən məlumata görə, maaşların verilməsi ilə bağlı tez-tez problemlər yaranır. Hətta son iki ayda işçilər əməkhaqqlarını ala bilmir. Hər dəfə soruşanda pulların tezliklə köçürüləcəyi bildirilsə də, iki aydır işçilərin gözü yolda qalıb.

Xəbəri dəqiqləşdirmək üçün "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxladıq. Qurum rəsmisi heç bir problemin olmadığını bildirdi: "Maaşlar kartlara vaxtlı vaxtında köçürülür. Heç bir problem yoxdur. 3-5 gün geçikmə ola bilər. Bu da normal haldır, hər yerdə belədir".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300