Azərbaycan futbolunda rekord: Bütün biletlər satıldı

 

Çempionlar Liqasının 2-ci turunun "Qarabağ” – "Roma” oyununa bütün biletlər satılıb.

 

Bu haqda Ağdam klubundan məlumat verilib. Satışa çıxarılan bütün 67 min 500 biletin hamısının satıldığı bildirilib. Beləliklə, "Qarabağ” – "Roma” matçında stadion ağzınadək dolu olacaq.

Qeyd edək ki, bu, Azərbaycan futbol tarixində rekord göstəricidir. İlk dəfə olaraq milli və klub səviyyəsində bir komandamızın matçına bu qədər bilet satılıb.

Xatıradaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – "Roma” oyunu sentyabrın 27-si, saat 20.00-da başlanacaq.

Bu arada klub bilet alan azarkeşlərinə müraciət edib. Müraciətdə deyilir: "Artıq 41 min azarkeşimiz "Roma”yla matçına olan vauçerlərini biletlərlə dəyişib. Azarkeşlərimizdən ən qısa zamanda vauçerləri biletlərlə dəyişmələri xahiş olunur”.

Qeyd edək ki, stadiona giriş biletlə mümkün olacaq, vauçerlə qarşılaşmaya gələn azarkeşlərimiz stadiona buraxılmayacaq.//oxu.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300