Bu gün əksəriyyətimizin iş rejimi komputer arxasında oturaq şəkildədir.

 Bu cür iş rejiminidən az zərərlə xilas olmağın yollarını sizə təqdim edirik. Öncə komputerin hansı ziyanlar verdiyini nəzərdən keçirək:

Kompüter arxasında oturanların ən zəif nöqtələrindən biri, əlbəttə ki, gözləridir. Monitorun ekranındakı təsvirlər nöqtələrdən təşkil olunub. Bu nöqtələr göz qamaşdırıcı olduğundan gözlər tez yorulur. Saatlarla monitorun qarşısında oturma təsvirin ikiləşməsi, işıqdan qorxma halları, cavanlarda və uşaqlarda isə daha çox uzaqgörmə halları ilə müşayiət olunur.

İkinci zəif nöqtə kompüter arxasında qeyri-düzgün oturuşdur. İnsana elə gəlir ki, onun yeri həqiqətən də rahatdır, lakin bu orqanizm üçün məcburi və çox xoşagəlməz bir haldır. Bu zaman boyun gücə düşür, baş, əl və kürək əzələri yorulur, nəticədə isə hər 2 nəfərdən birində osteoxondroz, uşaqlar da isə skolioz yarana bilər.

Üçüncü zəif nöqtə barmaqlardır. Bir qayda olaraq kompüter arxasında oturanların əl barmaqları daha çox ağrıyır. Əl barmaqlarının sinir ucluqları klaviaturanın düymələrinə toxunduqda əzilir, zədələnir. Buna görə də əl barmaqları elə bil quruyur və zəifləyir. Gələcəkdə belə hallar əldə ağrıların yaranması ilə nəticələnə bilər.


 

Kompüter arxasında oturma qaydaları:

1.Oturduğunuz stulun söykənəcəyinin uzunluğu baldırınızın uzunluğu ölçüsündə olmalıdır.

2.Əllərin rahat işləməsi üçün klaviatura masadan aşağı səviyyə yerləşdirilməlidir.

3.İşıqlanma nə çox gur, nə də çox zəif olmalıdır. İşığın düz kompüterin üzərinə düşməyinə imkan verməyin. İşıq bir qayda olaraq sol tərəfdən düşməlidir. Komputerə kölgə düşməməlidir.

4.Ekranın mərkəzi gözlərə eyni səviyyədə olmalıdır. Əgər siz hər hansı bir yazını vərəqdən köçürəcəksinizsə, onda vərəqi dayaq üzərinə bərkidib, ekranla klaviatura arasında bir yerə yerləşdirin. Bunula siz artıq göz və boyun hərəkətlərindən özünüzü qorumuş olarsınız.

5.Hər 45 dəqiqədən bir diqqətinizi ən azı 15 dəqiqə müddətində başqa işə yönəldin. Həkimlər tərəfindən məsləhət görülən idman hərəkətlərini 3-5 dəqiqə yerinə yetirmək də çox faydalıdır.//qaynarinfo.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300