Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan Xüsusi Təyinatlı
Dəstəmizin giziri Pəncəli Teymurovun Astara şəhərə Pedoqoji kollecindəki xatirə
güşəsi kollec direktoru tərəfindən sökdürülüb.
Bu haqda uluyol.biz-ə Şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırov məlumat verib.
Xəyal Bağırov şikayətində bildirib ki, Şəhidimizin xatirə güşəsi kollecin
direktoru Ağabala müəllim tərəfindən sökdürülüb.
Xatırladaq ki, Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara
rayon Əzərüd kəndində anadan olub. Ordumuzun giziri olan Pəncəli aprel döyüşləri
zamanı qəhrəmancasına Şəhid olub.
Məsələ ilə bağlı əməkdaşımız araşdırmaya başlayıb. Hadisənin necə baş verməsi ilə
bağlı ətraflı məlumat verəcəyik.
Ulu Yol Xəbər portalı » Region » Kollec direktoru aprel şəhidinin portretini sökdürdü
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/