Türk dünyası olaraq Kərkükə daha çox dəstək olmalıyıq.

Bu sözləri millət vəkili Qənirə Paşayeva Feysbuk hesabında yazıb.

"Bir az əvvəl İraq Türkman Cəbhəsinin lideri, dəyərli qardaşımız Ərşad Salihi ilə danışdım və "hər zaman yanınızdayıq” dedim. Onlar türk dövlətlərindən və diaspor qurumlarından daha çox dəstək gözləyirlər. Dünyada hər kəs görməlidir ki, heç vaxt yalnız deyillər. Bu gün keçirilən referenduma görə Ərşad bəyin və Kərkük türkmanlarının böyük narahatlığı var. Ərşad bəy "Kərkükdən heç vaxt əl çəkməyəcəyik. Ölsək də əl çəkmərik, çünki ora qədim türk yurdudur” dedi və türk dünyasına və bütün dünyaya onların səsini çatdırmağımızı istədi. Onların acısı bizim acımız, müharibələri bizim müharibəmizdir. Allah hər zaman onlara kömək olsun!”, - Qənirə Paşayeva bildirib.

Qeyd edək ki, bu gün İraq Kürd Muxtariyyətində müstəqillik referendum keçirilir.//axar.az

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300