Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda D. Əsgərovun oğlu Kürdoğlu Əsgərovun 11-22 sentyabr tarixlərində Varşavada ATƏT-in sammitində iştirakı müzakirə edilib. K. Əsgərov sammitdə keçirdiyi görüşlər barədə iştirakçılara məlumat verib. O bildirib ki, toplantı iştirakçılarına D. Əsgərov və Ş. Quliyevin saxlanma şəraitləri barədə ətraflı məlumat verilib: "Biz atamın Rusiya pasportunu da özümüzlə götürmüşdük. Pasportu rusiyalı diplomatlara göstərib, onlara da müraciət etdik. Düşünürəm ki, sammitdə iştirakımız və çıxışımızla avropalı diplomatların bu məsələyə diqqətini cəlb edə bildik. Eyni zamanda, Varşavada avropalı diplomatlarla təkbətək bir sıra görüşlərimiz oldu”.

K. Əsgərov sentyabrın 22-də Ermənistanın Varşavadakı səfirliyi qarşısında aksiya keçirildiyini diqqətə çatdırıb.

D. Əsgərovun qardaşı Sahib Əsgərov deyib ki, bu ilin mart ayından bu yana qardaşı ilə bağlı onlarda heç bir məlumat yoxdur: "Bizə ancaq onu deyirlər ki, Dilqəm məktub yazmaq, video-görüntü ilə danışmaq istəmir”.

İclasda Ermənistan parlamentinin deputatlarının Bakı səfəri də etirazla qarşılanıb.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300