Ölkəmizə qorxunc virusun gəlməsi xəbəri yayıldı -baş pediatrdan açıqlama

 

Son günlər sosial şəbəkələrdə azyaşlı yaşlı uşaqlar arasında "Koksaki" virusunun yayıldığı barədə məlumatlar gəzir. Valideynlər xəstə övladlarının şəkillərini paylaşaraq, digər valideynləri diqqətli olmağa çağırırlar.

Onların iddiasına görə, virus ölkəyə Türkiyənin Antalya bölgəsində dincələn azərbaycanlılar tərəfindən gətirilib. Hətta, Rusiyada bu xəstəliyə yoluxan 36 uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Pediatr Günay İmanovanın Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, "Koksaki" viral xəstəlikdir: "Bu xəstəlik su çiçəyi xəstəliyinə bənzəyir. "Koksaki" orqanizmdə yaşayıb, inkişaf edən sidik və nəcislə çölə atılan və yayılan bir virusdur. "Koksaki" xəstələrində çox zaman soyuqdəymənin əlamətləri müşahidə edilir. Nadir hallarda güclü qızdırma və güclü səpmə müşahidə edilir".

Həkim bildirir ki, "koksaki" virusuna yoluxan xəstələrdə əl-ayaq, bədən səpmələri, yüksək hərarət, ağız boşluğu və boğazın səpməsi, boğaz-baş ağrısı, qarın ağrısı-qusma müşahidə edilir: "Əllərdə, ayaqlarda səpmələr, qızartılar, qabıq verərək qopmalar, qanamalar, ağızda, udlaqda herpesə bənzər yaralar koksaki virusunun əsas əlamətidir və bütün bunlar yüksək qızdırma ilə yanaşı inkişaf edir".

"Koksaki" gözün zərinə də bulaşa bildiyi üçün gözün kənarlarında sulanmalar, qızartı, batma hiss və s. müşahidə edilə bilər. Xəstəlik güclü yayılma qabiliyyətinə malikdir. Belə ki, xəstə yuyulmamış əli ilə hara toxunsa, həmin yerə toxunan xəstələnə bilər" — mütəxəssis diqqətə çatdırır.

"Bütün bunlara baxmayaraq koksaki virusunun xüsusi bir müalicəsi yoxdur. Xəstəlik əsnasında ancaq ağrıkəsicilərdən istifadə etmək məsləhət görülür. Xəstəlik 7-10 günə sağalır" — deyə G. İmanova əlavə edib.

Tibb elmləri doktoru, professor K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar doğru deyil: "Bir ay öncə ölkəyə Antalydan "Koksaki" virusunun gətirldiyi barədə məlumatlar yayılanda, biz yoxlamalar apardıq. Məlum oldu ki, Azərbaycanda belə bir virus yoxdur".

"Hazırda uşaqların keçirdikləri xəstəliklər isə, mövsümi xəstəliklərdir. Valideynlər narahat olmasınlar. Əgər ölkədə bu xəstəlik olsaydı, birinci biz bilərdik" — deyə direktor qeyd edib.

Baş pediatr bildirib ki, Səhiyyə Nazirliyinin xüsusi Referens Laboratoriyası var və orada bütün viruslar araşdırılır: "Son məlumatlara görə, ölkədə uşaqlar arasında heç bir virus xəstəliyi yayılmayıb".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300