Misir piramidalarının sirri tapıldı —170 min ton qaya süni kanalla gətirilib...

 

Misir piramidaları ilə bağlı çoxsaylı suallardan birinə cavab tapılıb.

Uluyol "Ölkə.Az"-a istinadən xəbər verir ki, piramidaları inşa etmək üçün 170 min ton qaya süni kanal vasitəsilə gətirilib. Qayaları insanın açdığı süni kanallarla qayıq vasitəsilə daşıyıblar.

Bu günə qədər alimlər piramidaları inşa etmək üçün qayaların necə gətirilməsi ilə bağlı müxtəlif versiyalar səsləndiriblər. Məlum olub ki, 170 min ton qaya Nil çayında salınan süni kanal vasitəsilə daşınıb. Bu barədə məlumat qədim dövrə aid gündəliklər vasitəsilə ortaya çıxıb.

3 min il əvvələ aid gündəliyə əsasən 2.5 tonluq kirəc daşı və qranit bloklar Nil çayı vasitəsilə taxta qayıqlarla piramidanın (söhbət məşhur Xeops ehramından gedir-red.) inşa edildiyi əraziyə daşınıb. Qayıqlar iplə bir-birinə bağlanıb. Qədim Misirin mühəndisləri isə Nilin sahilindəki bir limandan piramidanın inşa edildiyi Gizzaya kanal açıblar.

Nəhəng daş bloklar bu kanal vasitəsilə 800 km-lik məsafədən əraziyə daşınıb. Bu iş üçün minlərlə insan cəlb edilib. Ümumilikdə əraziyə 170 min ton daş daşınıb. Arxeoloq Mark Lehner isə sözügedən kanalın layihəsini də tapdıqlarını qeyd edib.


ULUYOL

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300