Suriyanın ərəb və türkman tayfaları ölkənin şimalında kürd dövlətinin yaradılmasının qarşısını almaq üçün Türkiyəyə müraciət ünvanlayıb.
Axar.az xəbər verir ki, yayımlanan bəyanatda sözügedən tayfaların Deyr əz-Zor, Haseke, Rakkada yaşadığı bildirilib.
"Regionumuzda etnik dayaqları olan kürd dövlətinin yaradılmasının qarşısını almaq üçün Türkiyəyə çağırış edirik”, - bəyanatda bildirilib.
Türkman və ərəblər PYD-ni terror qruplaşması kimi qəbul etdiklərini də açıqlayıblar.