Amma görəsən nə üçün vəziyyət yaxşılaşmır, nə üçün keyfiyyət təmin olunmur?

Bu sözləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti internetnet surətinin zəif olmasına münasibət bildirərəkən deyib. Osman Gündüz bu barədə öz "Facebook” səhifəsində yazıb.

Osman Gündüz:"İnternetin keyfiyyəti ilə bağlı problem artıq adiləşib. Belə görünür NRYTN mövcud vəziyyətlə barışıb.

Güman ki dövlət provayderlərinin internet bazarında hökmran mövqeyi, özəl provaydrelərə tətbiq olunan qeyri-qanuni tariflər və infrastruktur problemləri də bazarda vəziyyəti normallaşdırmağa mane olur.

Bundan istifadə edən provayderlər də sakitcə "çəkidə aldadırlar”.

Hər dövrün öz perepiskası olurmuş.

Zaman vardı ki kağız üzərində, rəqəmlərdə pambıq, tütün vardı amma faktiki məhsul yox idi.
İndi də istifadəçilərin provayderlə müqavilələrində internetin sürəti ilə bağlı hansı rəqəm deyirsən var.

Amma faktiki sürət yoxdur.

Yeri gəlmişkən, provayderlərə tətbiq olunan bir neçə qeyri-qanuni ( yəni Tarif Şurasının təsdiq etmədiyi ), izahı olmayan tarifləri də qeyd etmək istərdim :

1. İnternet xidmətinin təşkili üçün provayderin ATS-də 1 kv. metr sahədə yerləşdirdiyi rabitə şkafının aylıq icarə haqqı – 230 manat
( Hansı ki ATS-in ətrafında bütöv bir otağı bu qiymətə icarəyə götürmək olardı.
2. Provayderin bu balaca şkafdakı avadanlığının gücündən asılı olmayaraq aylıq enerji haqqı – 40 manat
3. Kabel-kanal sistemində cəmi 1 km optik kabelin saxlanması üçün aylıq icarə haqqı – 120 manat
4. Kabel-kanal sistemində saxlanılan optik kabellərin hər 1 km-i üçün aylıq əlavə texniki xidmət haqqı – 40 manat və s.

Bunlar hamısı aylıq icarə haqlarıdır. Heç birisini də Tarif Şurası təsdiq etməyib. Və kabel-kanal sisteminin tutumu və imkanlarını hesabladıqda kifayət qədər böyük rəqəmlər alınır. Amma görəsən nə üçün vəziyyət yaxşılaşmır, nə üçün keyfiyyət təmin olunmur?

Dövlətə məxsus olan kabel-kanal sistemindən istifadə ilə bağlı uzun müddət gözlənilən yeni qaydalar və yeni tariflər harda qaldı?

Yeri gəlmişkən qeyd edim ki mövcud vəziyyətin müzakirəsi üçün provayderlərin və digər maraqlı tərəflərin iştirakı ilə geniş tərkibdə toplantının keçirilməsi ilə bağlı təklifimizi də NRYTN-ə təqdim etmişik.”//bastainfo.com

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300