"Bizim üçün ağır oyun oldu. Xüsusən də, matçın əvvəli”.

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Roma”nı qəbul edən Ağdam təmsilçisi 1:2 hesablı məğlubiyyətə düçar olub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib:"İlk dəqiqələrdən rəqib hansı ustalığa malik olduğunu göstərdi. Amma 0:2-dən sonra futbolçularımız daha diqqətli oynadılar, rəqibi yaxşı tanıdılar. Oyunçulardan razı qaldım. Evdə ilk oyun olduğundan, xal qazanmağa çalışırdıq. İstəyirdik ki, azarkeşlərimizi sevindirək. Amma "Roma” layiqli qələbə qazandı. Azarkeşlərimizə də bizi son qədər dəstəklədikləri üçün təşəkkür edirəm”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300