Çempionlar Liqası: "Qarabağ” "Roma”ya məğlub oldu

 

Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Roma” ilə qarşılaşıb.

Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının ölkəmizdə keçirilən ilk qarşılaşması kimi düşüb. İndiyədək yalnız təsnifat mərhələsi görüşlərini izləyən futbolsevərlər qitənin ən nüfuzlu klub turnirinin əsas raundunu canlı görə biliblər.

Bakı Olimpiya Stadionunda baş tutan tarixi qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

70 minə yaxın azarkeşin izlədiyi qarşılaşma "Roma”nın qolu ilə başlayıb. Artıq 7-ci dəqiqədə İbrahim Şehiçin çıxışda səhvini italiyalılar bağışlamayıblar. Yunanıstanlı müdafiəçi Kostas Manolas fərqlənib.

Qoldan 8 dəqiqə sonra fərq iki topa çatıb. Bosniyalı Edin Dzeko Rəşad Sadıqovun gözündən "oğurlanaraq” Şehiçlə təkbətəkə çıxıb və həmyerlisini məyus edib.

Bundan sonra bir qədər fəallaşan çempionumuz xoşbəxtliyi rəqib qapısı önündə axtarmağa başlayıb. Çox keçmədən nəhəng arenada qol sədaları eşidilib. Dino Ndlovunun ötürməsini Pedro Enrike qapıdan keçirib.

İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə başqa qol olmayıb və yekunda "Qarabağ” minimal hesablı məğlubiyyətə üzülüb.

Çempionlar Liqası
Qrup mərhələsi, II tur
C qrupu
27 sentyabr

"Qarabağ” (Azərbaycan) – "Roma” (İtaliya) – 1:2
Qollar: Pedro, 28 – Manolas, 7, Dzeko, 15

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300