Kürdlərin referendumununa daha bir məmur açıq dəstək verir – Foto

Sosial şəbəkələrdə İraqın şimalında keçirilən kürdlərin müstəqillik referendumunu dəstəklədiyini yazan məmur haqqında araşdırma başlayıb.

APA yazır ki, Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin paylaşımları dərhal hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcəyi bildirilib.

"Facebook” səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini yazıb, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşan məmur "Qafqazinfo”ya açıqlamasında deyib ki, əgər rəsmi qaydada açıqlama tələb olunsa, danışacaq:

"Dövlətimiz mənə etimad göstərib, bu işə təyin olunmuşam. Əgər bu etimadı əməlimdə doğrultmamışamsa, dövlətə və dövlətçiliyimizə qarşı yanlışlığa yol vermişəmsə, bu zaman işdən çıxarıla bilərəm. Başqa heç nə ola bilməz. Kiminsə mənimlə qəsd-qərəzliyi yoxdur. Mənim də heç kimlə qərəzim yoxdur”.

Dahabir məmur, Laçın rayon sakini, "Azəravtoyol” İstehsalar Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalıoğlunun da təbliğatçılığı ilə bağlı məlumat yayılıb. O da İraqda keçirilən referendumu dəstəkləyib vəŞimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb. Referendumu dəstəklədiyini ifadə edən paylaşımlar edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300