İmam Hüseyn (ə) əzadarlarına tövsiyələr

Bismillahir-Rəhmanir-Rəhim. İmam Hüseynin (ə) əzadarlığının şərtləri və təlimləri (adabı) var. O təlimlərə əməl etmək və şərtlərə riayət etmək imam Hüseyn maarifinin (və mədəniyyətinin) cəmiyyət arasında düzgün formalaşmasına kömək edir. Əzadarlıq mərasimini aşura qiyamının hədəfləri ilə uyğunlaşması üçün həzrət Ayətullah Cavadi Amolinin "Kovsəri Kərbəla"kitabındakı göstərişlərinə xüsusi diqqət yetirmək lazımdır. Aydın məsələdir ki, belə göstərişlərə (tövsiyələrə) əməl etməklə Allahın və Əhli-beytin razılığını əldə etməklə yanaşı, camaat da bu məsələdə ifrat və təfritdən uzaq və doğru və təsirli (faydalı) əzadarlıq etmiş olurlar.

1-İmam Hüseynin (ə) əzadarlığını qeyd eləmək bütün insanların (insanlığın) şərəf sənədidir. İslam ümməti onu fəxrlə yerinə yetirməli və qorumalıdır. Bu mərasim İslam dininin azuqəsidir və islam ümmətini peyğəmbərlərin silahı ilə silahlandırır. Onların düşmənləri isə camaatın cahil qalmasını istəyir ki, düzgün əzadarlıq etmək onların arzusunu da ürəklərində saxlayır, istədiklərinin həyata keçməsinə mane olur. Hazırda mədəniyyətə hücum çəkənlər çalışır ki, müsəlmanlar savadlı (təhsilli) olmasın və bildiklərinə əməl etməsinlər. Bu yolla müsəlmanları haqq yoldan sapdırmaq istəyirlər.

2-Əzadarlıqda xalis niyyətlə, Allahın razılığına xatir iştirak etməliyik ki, imam Hüseynə (ə) və Kərbəlaya olan borcumuzun bir hissəsini ödəmiş olaq. Heyətlərin hərəkəti "təzkiyə" ilə olmalıdır. Heç bir riyakarlığa yol verilməməlidir.

3-Çalışqan bir şəkildə Əhli-beytin əzadarlıq mərasimlərində, məxsusən aşura məclisində iştirak etməliyik. Yeniyetmələr və gənclərdən tutmuş orta yaşlı və qocalara qədər hər kəs bacardığı qədər bütün şəhərlər və kəndlərdə bir araya gəlib əzadarlıqda iştirak etsə Allah bilir bu işin savabı nə qədərdi!

Şəhərin böyükləri və hörmətli şəxsləri də imam Hüseyn (ə) məclislərində iştirak etməklə öz hörmətlərini artırmalıdırlar. Düzdür, onlar da gənclər kimi əzadarlıq məclisinin sonunadək qala bilməzlər. Həmçinin mümkündürsə əzadarlar müxtəlif məclislərdə iştirak etsinlər, bir məclisə getməklə kifayətlənməsinlər.

4-Heç kəs bir guşədə oturub mərasimə tamaşa etməməlidir. Əzadarlıqda iştirak etmək üçün bacardığını etməlidir. Əhli-beyt üçün göz yaşı axıtmalıdır. Şəhid üçün ağlamaq ürəklərdə şəhid olmaq arzusu yaradar. Əgər həzrət imam Hüseynin qiyamının sirri açılarsa məlum olar ki, niyə görə o həzrət üçün ağlamağa israr olmuşdur. Rəvayətdə bildirilir ki, sübh vaxtı imam Sadiqin məhzərində imam Hüseynin adı çəkiləndə həzrət həmin günün sonunadək gülümsəməzmiş. (Kamiluz-ziyarat, səh: 108)

مَاذُكِرَ الْحُسَيْنُ بْنُ عَلِيٍّ ععِنْدَ أَبِي عَبْدِ اللَّهِجَعْفَرِ بْنِ مُحَمَّدٍ عفِي يَوْمٍ قَطُّ فَرُئِيَأَبُو عَبْدِ اللَّهِ عفِي ذَلِكَ الْيَوْمِ مُتَبَسِّماًقَطُّ إِلَى اللَّيْل

Şəhidin qanı və onun üçün göz yaşı axıtmaq mərd insanın fitrətindədir. Bu üzdən həzrət Əli (ə) oğlu Hüseynə buyurdu: "Sən hər bir möminin göz yaşı axıtmağına (ağlamağına) səbəbsən"

5- Heç kəs (xüsusilə də gənclər) dəstəmazsız imam Hüseyn əzasına gəlməsin. Hər kəs dəstəmaz alıb sonra gəlsin. Dəstəmaz alarkən belə niyyət etməliyik: "İlahi pak olmaq üçün dəstəmaz alıram, pak olub imam Hüseynin təziyəsinə pak getmək istirəm”.

6- İmam Hüseynin əzadarlığı ağıllı, sadə və bəzəksiz olmalıdı. Bacardığımız qədər təşrifatı (təmtəraq, təntənə) azaltmalıyıq. İmam Hüseyn məclisləri ruhu və etiqadı qidalandırmaq üçündür, məclisə təşrif buyuranlar belə xeyir-bərəkətlərdən faydalanmalıdır ki, qəflət və maddiyyətdən qurtulsunlar. İnsan təbiərdə yaşadığı müddətdə toz-torpağa bulanır, özünü paklaşdırmağa məcburdur. İmam Baqir (ə) "əmirəl-möminin" sözünün mənasını çox maraqlı və şirin izah edir: lüğətşünaslar "əmir" sözünü əmr edən mənalandırır. İmam lüğətşünasların əksinə onu "mire" (میره) -yəni yemək- sözündən götürüldüyünü bildirir. Yusuf surəsində də bu maddədən fel işlənmişdir. "...Biz (onun vasitəsilə) ailəmiz bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və (ərzaqımızın üstünə) bir dəvə yükü də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır!” (Yusuf surəsi, 65-ci ayə). وَ نَميرُ أَهْلَناوَ نَحْفَظُ أَخانا وَ نَزْدادُكَيْلَ بَعيرٍ ذلِكَ كَيْلٌيَسير

Əli ibn Əbi Talib (ə) islam ümmətinə mənəvi qida verdiyi üçün "əmirəlmöminin" adlandırılıb. İmamın mənəvi təamı iman, elm və mərifətdir. O həzrət öz kamal sifətlərindən möminlərə və şagirdlərinə dadızdırıb. İmam Hüseyn məclisləri belə mənəvi təamlar üçün zəmin yaratmalıdır. Hərçənd ki, maddi təam (ehsan) verməyin də öz yeri və savabı var.

7- Zamanın tağutu ilə mübarizədə əsas ünsür "əmr be məruf və nəhy əz münkər", əməvilərin cinayətlərini minbərlərdəki söhbətlərdə və şüarlarda açıb deməkdən ibarətdir. İmam Hüseyn (ə) məclisinin sözçüləri və xətiblərin missiyası belə vəzifələri yerinə yetirməli və imam Hüseynin qiyamdakı hədəfləri açıqlamalıdır.

8- Şerlər və şüarlar faydalı və təsirli olmalıdır. Şerlər (mərsiyələr) Quran maarifi və Əhli-beyt təlimlərindən əxz olunmalıdır. İmam Hüseyn məclisində Xütbə oxumaq, mərsiyə oxumaq, nohə və rozə demək və sinə vurmaq dini baxımdan çox böyük savabı var.

Həzrət Əli (ə.s) buyurub: camaat siyasi-iqtisadi səhnəyə gəldikləri zaman mən hökuməti qəbul etməyi özümə borc bildim. (Nəhcül-Bəlağə, 3-cü xütbə).

لَوْلَا حُضُورُ الْحَاضِرِ وَقِيَامُ الْحُجَّةِ بِوُجُودِ النَّاصِرِ ...وَ لَسَقَيْتُ آخِرَهَابِكَأْسِ أَوَّلِه

O həzrət 25 il xanəneşin (evdən bayıra çıxmayan, heç yerə getməyən) idi. Amma camaat Ələvi hökumətini qəbul etməyə hazır olduqları zaman imam da siyasət səhnəsinə varid oldu. İmamın dostu (yavəri) olmasaydı imam da bir kənarda qalacaqdı. Deməli, camaatın siyasi səhnələrə yığılması əsas rükndür. İmam Hüseynin qiyamını araşdırmaq camaatın iştirakında böyük rolu var. Bu üzdən imamlar Kərbəla hadisəsinin cəmiyyətdə deyilməsinə israr edirdi.

9- Heç kəs öz zövqünə uyğun əzadarlıq mərasiminə bir şey artırmamalıdır. Ağır dəmirləri qaldırmağın heç bir xüsusi mesajı yoxdur. Bu işlər azaldıqca əzadarlığın əzəməti çoxalacaq. Kiçik ələmlər, bayraqlar və yazılı parçalar əzadarlığın təziminə rəng qata bilər. Baxmaq lazımdır ki, imam Hüseyn məclisində hansı şeylər var, və yaxud olsa daha yaxşı olar və hansı şeylər yoxdur və yaxud olmaması daha yaxşıdır. Əzadarlıqda ayağıyalın olmaq, başa və sinəyə vurmaq kimi savabı çox olan və Allahın razı olduğu işlərin yerinə ağır dəmirləri çiyinlərimizdə daşımalıyıq?! Quran və Əhli-beytin təlimlərinə müvafiq şəkildə hərəkət etmək lazımdır. Düz və aydın yol açıq ola-ola niyə görə başqa yolda addımlamalıyıq?! 10- Heyətlər və əzadar dəstələrin hərəkəti elə tənzimlənməlidir ki, günorta azanı vaxtı bir və ya neçə yerdə (məscidlər və hüseyniyyələrdə) camaat namazı qılınsın. Əgər camaat namazını qılmağa imkan yoxdursa, namaz məsciddə və vaxtında qılınmalıdır. Beləliklə əzadarlıq əza sahibinin həyat tərzi ilə uyğunlaşmış olar. Əgər məclisdə ehsan verilirsə, namaz qılındıqdan sonra verilməlidir.

11- Ölkənin məsulları ilə həmkarlıq etmək və onlarla həmahəng olmaq lazımdır.

12- Əzadarlıq gecələrində, evlərdə də Kərbəla hadisəsi uşaqlara və nəvələrə deyilməlidir. Məxsusən uzun gecələrdə. Uşaqların gecə boyu faydasız filmlərə baxmağına mane olmaq lazımdır. İbrətamiz hekayələr uşaqların yaddaşına həkk olur. Bu üzdən, Kərbəladakı yaxşıların və pislərin hekayələrini onlara deməliyik. Uşaqlarımıza öyrətməliyik ki, su içdikdə "Hüseynə salam olsun" deməyi unutmasınlar.

13- İmam Hüseynin türbətinin ehtiramını qorumaq lazımdır. Dini göstərişlərə əsasən türbətin az miqdarını su ilə qarışdırıb yenicə doğulan uşağa dadızdırmaq lazımdır. Bu İslam dininin rəsmi hökümlərindəndir. Körpəyə İmam Hüseynin türbəti ilə qarışdırılmış suyu dadızdırmaq lazımdır ki, ömürünün sonunadək Hüseynçi və Kərbəlayi olsun, Hüseynin adından danışsın. Həmçinin tövsiyə olunmuşdur ki, hər kəs bir ay oruc tutduqdan sonra, Fitr bayramında imam Hüseynin türbəti ilə (az miqdarda) iftar etsin.

14- İmam Hüseynin pak qanının ehtiramına xatir o məzlum imamı hər gün "Aşura" ziyarəti və ya "Varis" ziyarəti ilə ziyarət etməliyik ki, imam Hüseyn hörməti həmişəlik diri qalsın. Bu ziyarətləri hər kəsin oxuması lazımdır (yaxşıdır).

Həm camaat oxuya bilər, həm də alimlər, fəqihlər, filosoflar, teoloqlar, ariflər, müfəssirlər və digər alimlər. "Ziyarəti aşura"-nın təlimlərindən qafil olmamalıyıq. Əhli-beytin dostları ilə dost, düşmənlərilə düşmən olmalıyıq. انیسلم لمن سالمکم وحرب لمن حاربکم

Müasir dövrdə bəzi Yəzid kimilər müsəlman ölkələrində hökumət edirlər, öz millətini və milliyyətini havayı satırlar. Əgər həzrət Hüseyn indiki cəmiyyətdə yaşasaydı bütün dünyada müsəlmanların öldürülməsinə icazə verməzdi. Çünki, o məzlum imam zülmün qarşısında dayandı, mən Yəzid kimi olan hər kəslə müxalifəm-dedi. وَ عَلَى الْإِسْلَامِ السَّلَامُ إِذْ قَدْ بُلِيَتِ الْأُمَّةُ بِرَاعٍ مِثْلِ يَزِيد"Camiə" ziyarətindəki bu cümlə dəمُحَقِّقٌلِمَا حَقَّقْتُمْ مُبْطِلٌ لِمَا أَبْطَلْتُم bu mənadadır ki, siz vəhy xanədanı haqq bildiyiniz hər maarifi biz də haqq bilirik, batil saydığınız hər şeyi biz də batil hesab edirik. Yəni siz hansı hökuməti bəyənməyib onunla mübarizəyə qalxdınızsa biz də mübarizə edəcəyik və siz qurduğunuz hökumətdən biz də quracağıq. İmam Hüseynin ziyarətinin savabı digər imamların ziyarətinin savabından daha çoxdur. Onların hamısı vahid nur olmaqlarına baxmayaraq inam Hüseynin qəbirini ziyarət etmək çox təkidlə sifariş olunmuşdur. Əgər İmam Hüseynin ziyarətinə getmək mümkün olmasa aşura ziyarəti oxunsun. İmam Hüseyni yad etmədiyiniz bir gün keçirməyin. Səhər tezdən evdən çıxarkən üzü qibləyə dayanıb üç dəfə "Əssəlamu ələykə ya Əba Əbdillih və rəhmətullahi və bərakətuh" deyin. Bəzi böyük şəxsiyyətlər nəzir edirlər ki, fılan müşkülümüz düzələrsə ziyarəti-aşura oxuyacağıq.

15- İmam Hüseynin əzadarlığının vaxtı olan məhərrəm ayı iki cəhətdən mübarək ramazan ayına bənzəyir.

Birinci: Hz. Peyğəmbər mübarək Ramazan ayı barədə buyurub: أنفاسكم فيه تسبيح "Ramazan ayında Siz oruc tutanların nəfəsi təsbihdir". İmam Hüseynin əzadarlığı barədə də belə buyurulub: نَفَسُ الْمَهْمُومِ لِظُلْمِنَاتَسْبِيحٌ وَ هَمُّهُ لَنَاعِبَادَة "Bizim məzlumiyyətimiz üçün qəmgin olan adamın nəfəsi təsbih hökümündədir və bizə görə kədərlənməsi ibadətdir"

İkinci: Ramazan ayının sonunda bu dua oxunur: "Ey Allah! Bu ilin orucunu bizim son oruc ilimiz qərar vermə! Əgər sonuncu ildirsə rəhmətini mənə şamil et, öz lütflərindən məni məhrum etmə!"

اللَّهُمَلَا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْصِيَامِنَا إِيَّاهُ فَإِنْ جَعَلْتَهُ فَاجْعَلْنِيمَرْحُوماً وَ لَا تَجْعَلْنِيمَحْرُوما

Yaxşı olar ki, məhərrəm ayının sonunda da bu dua oxunsun: "Ey Allah! Bu il Məhərrəm ayındakı əzadarlığımı imam Hüsen təziyəsində son iştirakım etmə! əgər sonuncudursa rəhmətini bizə şamil et, bizi məhrumlardan qərar vermə! Amin ya Rəbbəl-aləmin!

اللَّهُمَلَا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْاقامتنا لتعزیة سید الشهداءعلیه السلام فَإِنْ جَعَلْتَهُفَاجْعَلْنِا مرحومین و لاتجعلنا محرومین. آمین یا ربالعالمین.

Mənbə: Rəhtuşeye rahiyane nur, 130-cu sayı, səh: 233. Müəllif: Ayətullah Cavadi Amoli.

Hazırladı və tərcümə etdi: Ə. Pərvanə

 

"ULUYOL"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300