Özbəkistanda pambıq yığımında "qul əməyi” qadağası - bəs, Azərbaycan?

Xəbər verdiyimiz kimi, Özbəkistanda bu Orta Asiya ölkəsi üçün sensasion sayıla biləcək hadisə baş verib. Baş nazir Abdulla Aripov sentyabrın 21-də gecə yarısı iclas keçirərək büdcə təşkilatlarının işçilərinin, tələbələrin və məktəblilərin zorla pambıq yığımına aparılmasına son qoymağı əmr edib. Baş nazir hökumətin bu haqda avqustun əvvəllərində qəbul etdiyi əmrin "qeyd-şərtsiz yerinə yetirilməsini” tapşırıb.

Özbəkistanda pambıq yığımında qul əməyindən istifadə uzun illərdir ki, beynəlxalq təşkilatları ciddi narahat edir və onlar hökumətdən buna son qoymağı tələb edirlər. Lakin bu Orta Asiya ölkəsində büdcə zəhmətkeşlərinin, tələbələrin və orta məktəb şagirdlərinin hər il zorla pambıq yığımına cəlb edilməsi adi praktikadır.

Qeyd edək ki, bu qadağaya səbəb BMT Baş Assambleyasının sessiyası zamanı Dünya Bankının prezidenti Jim Yen Kimin Özbəkistan prezidenti Şövkət Mirziyayevlə görüşündə pambıq yığımında qul əməyindən istifadə məsələsini qaldırması olub. Prezident isə insanların zorla pambıq yığımına cəlb edilməsinə son qoyacağına söz verib.

Hamıya məlumdur ki, Azərbaycanda da son illər pambıqçılığın inkişafı ilə bağlı addımlar atılandan sonra büdcə təşkilatlarının işçilərinin məcburi pambıq yığımına cəlb edilməsi halları baş verir. Lakin bizdə pambıqçılıq çox geniş yayılmadığı kimi, bu praktika da Özbəkistandakı qədər kütləvi deyil.
Image result for Natiq Cəfərli

Məsələ ilə bağlı münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, vaxtilə Özbəkistan bu məsələyə görə ciddi problemlərlə qarşılaşdı:"Dünyanın böyük tekstil şirkətləri pambıq yığımında büdcə təşkilatlarında çalışanların əməyindən istifadə edildiyinə görə Özbəkistan pambığını almaqdan imtina etdilər. Bir çox yerlərdə Özbəkistan pambığından hazırlanan paltarlar boykot edildi. Bu ölkədə pambıq yığımında büdcə zəhmətkeşləri ilə yanaşı, uşaq və qadın əməyindən də istifadə edilməsinə görə dünyada böyük bir kampaniya başladılmışdı. Özbəkistan hər dəfə belə boykotlardan əziyyət çəkirdi və öz pambığını daha kiçik şirkətlərə ucuz qiymətə satırdı. Artıq Özbəkistanda hakimiyyət dəyişib, yeni prezident hakimiyyətə gəlib. Bu prezidentin siyasəti İslam Kərimovun siyasətindən fərqlənir, belə bir qərarın verilməsi də doğrudur”.

İqtisadçı onu da vurğuladı ki, bu qərarın ardından Özbəkistanda pambıq sektoru ciddi problemlərlə qarşılaşa bilər:"Özbəkistan iqtisadiyyatı , o cümlədən pambıqçılıq sahəsi büdcə təşkilatlarında işləyənlərin əməyinə alışmışdı. Onu necə əvəz edəcəkləri problem olacaq”.

N. Cəfərlinin sözlərinə görə, Azərbaycanda da məlum praktikadan istifadə edilərsə, gələcəkdə sözügedən boykotla qarşılaşa bilər:" Ona görə də, daha çox təşviq proqramları ilə , normal işçi qüvvəsinin cəlb olunması ilə bu işi görmək lazımdır. Ən yaxşısı isə yeni texnologiyanın tətbiq i yolu ilə daha rentabelli , daha yüksək məhsuldarlıqlı pambıqçılığın inkişaf etdirilməsinə ehtiyac var. Əl əməyini minimuma endirərək, yeni texnika və texnologiyaların tətbiqi ilə pambıq əkinini, qulluğu və yığımı həyata keçirmək ən sərfəli yoldur. Bizdə bu hal Özbəkistandakı qədər kütləvi deyil, çünki pambıq əkini də o qədər kütləvi deyil. Orada hər il 2,5-3 milyon tona yaxın pambıq yığılır. Bizdə gələn il üçün hədəf 200 min tondur. Yəni, bu sahədə əkin hələ azdır deyə, sözügedən problem də nəzərə çarpmır. Lakin ilkin simptomlar ötən il var idi. Müəllimlərin , tələbələrin ,həkimlərin pambıq yığımına cəlb olunması ilə bağlı xəbərlər gəlirdi. Ancaq ümid edək ki , bu praktika bu il təkrarlanmayacaq. Çünki həm ölkənin imicinə görə, həm də rentabelliliyə görə yaxşı hal deyil. Büdcə təşkilatlarında çalışanların və zorla bu işə cəlb olunanların yığımda heç bir marağı olmur, nəticədə rentabellilik və gəlirlilik aşağı düşür”.

Nərgiz LİFTİYEVA

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300