Ankarada Türkiyə və Rusiya prezidentləri arasında təkbətək görüş başa çatıb - Video

 

 

Türkiyənin paytaxtı Amkarada Rusiya və Türkiyə prezidentləri, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar 1,5 saat davam edib.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hazırda danışıqlar geniş tərkibli heyətlə davam edib.

Musavat.com xəbər verir ki, Hər iki prezident görüşdən sonra ortaq mətbuat konfransını keçiriblər.

Prezident Ərdoğan bu görüşün bir il ərzində 5-ci olduğunu vurğulayıb.

Türkiyə prezidenti iki ölkə arasındakı ticarət həcmini 100 milyard dollara qədər qaldırmağı hədəflədiklərini söyləyib.

O, görüşdə İraq və Suriya məsələsinə də ayrıca toxunulduğuna diqqət çəkib. Ərdoğan İraqın şimalında kürd rəhbərliyinin keçirdiyi referendumun legitim olmadığını bildirib. O, Məsud Bərzaninin rəhbərlik etdidiyi İraq Kürdüstan Vətənsevərlər Birliyinin daha böyük fəlakətlərə səbəb olacaq səhvlərə yol verməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Prezident Ərdoğanın mətbuat konfransında ən diqqətçəkən yeri İraq və Suriyanın torpaq bütünlüyü məsələsində Rusiya prezidenti ilə eyni mövqeyə sahib olmaları barədə dedikləri olub.

Vladimir Putin də mətbuat konfransında Suriya böhranının həlli məsələsində atılacaq addımları və Şimali İraqdakı referendumu müzakirə etdiklərini söyləyib.







Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300