Öskürəyi yox edən ucuz və faydalı BİTKİ ÇAYI

 

Artıq havaların soyuması ilə bir çoxlarımızda müəyyən narahatlıqlar yaranır, xəstələnmə halları baş verir. Xüsusilə də öskürəyə uşaqlar və böyüklər arasında çox rast gəlinir. Bundan qurtulmaq üçünsə dərmandan daha çox təbii müalicə üsullarından yararlanmağa çalışırıq. Təbii müalicə üsulları arasında ən çox yayılanı bitki çaylarıdır. Ailem.az sizə belə çaylardan birinin – gülxətmi çayının faydaları və hazırlanması ilə bağlı məlumat verir.

 

Gülxətmi çayı xüsusilə həzm sistemi üçün çox faydalıdır. Eyni zamanda şiddətli öskürəyin qarşısını almaqda əvəzedilməzdir. O, ağciyərlərə yığılan bəlğəmin təmizlənməsini çox asanlaşdırır.

Gülxətmi bitkisinin faydalı xüsusiyyətləri antik çağlardan bəri bir çox xalqlar tərəfindən bilinir. Bu bitki ciddi boğaz xəstəliklərinin müalicəsində sıx-sıx istifadə edilir. Məsələn, asiyalılar gülxətmi bitkisini tərəvəz bağçalarında əkir və ondan müxtəlif yeməklər hazırlayırlar. Gülxətminin istehlakı immunitet sistemini gücləndirir və gözlərin sağlamlığına müsbət təsir edir. Gülxətmi bitkisindən hazırlanan dərmanlar sakitləşdirici, nəmləndirici, iltihab önləyici, qoruyucu təsirə malikdir.

Alternativ tibdə gülxətmi əsrlərdir nəfəs yolları xəstəlikləri, yanıq, şişkinlik, dəri iltihabı, qəbizlik kimi xəstəliklərin müalicəsində istifadə edilib. Həmçinin yüngül zəhərlənmə hallarında və toksinlərin orqanizmdən atılmasında bitkinin yaşıl hissələrini qaynadaraq alınan su içilir.

Gülxətmi çayının faydaları:

– Öskürəyi yumşaldır

– Arıqladır

– Dərini rahatladır

– Hüceyrələri təzələyir

– Köpün qarşısını alır

– Mədə qıcqırması və gəyirməni aradan götürür

– Mədə ağrısını azaldır

– Qaraciyərin funksiyasını yaxşılaşdırır

Gülxətmi çayı necə hazırlanır?

Bu çay bitkinin qurudulmuş çiçəklərindən hazırlanır. 1 litr qaynar suyun içinə 2 yemək qaşığı çiçəyi töküb dəmləyin. Dəmlənməsi üçün bir dəsmala büküb 20 dəqiqə gözləyin. Sonra stəkanın yarısına qədər bu dəmləmədən süzün, digər hissəsini su ilə doldurun. Çayı istəyə görə bal və şəkərlə dadlandıra bilərsiniz. Normal çay kimi gündə 2-3 dəfə, istədiyiniz vaxt içə bilərsiniz.

Zərərləri və əlavə təsirlərivarmı?

Bu çayın heç bir əlavə təsiri və zərəri yoxdur. Sadəcə bu bitkiyə xüsusi allergiyası olanlar və hamilələr çaydan diqqətli istifadə etsələr, daha məsləhətli olar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300